Qanun” nəşrlər evinin Vergilər Nazirliyinə qarşı məhkəmə prosesi başlayır

img

06-01-2014 [14:25]


Dekabrın 10-da 1 saylı yerli iqtisad məhkəməsində "Qanun” nəşrlər evinin Vergilər Nazirliyinə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi başlayır. "Qanun” hesab edir ki, Vergilər Nazirliyi yoxlama zamanı sənəd və əmlaklarını qanunsuz olaraq müsadirə edib və onlar geri qaytarılmalıdır. "Qanun” nəşriyyatının hüquqlarını vəkil Müzəffər Baxışov qoruyacaq. Bu haqda xəbəri "Yeni Müsavat” "Qanun”un rəhbəri Şahbaz Xuduoğludan alıb. 

Şahbaz Xuduoğlunun sözlərinə görə, nəşrlər evi Vergilər Nazirliyinin yoxlamanın nəticələri ilə bağlı aktına da etiraz edir: "Yoxlama zamanı götürülən sənədlər və bilgisayarlar hələ də qaytarılmayıb. Bu səbəbdən biz fəaliyyətimizi normal qaydada davam etdirə bilmirik”.

Yada salaq ki, Vergilər Nazirliyinin vergi auditi departamenti 2013-cü il noyabrın 1-də "Qanun” nəşriyyatında yoxlama aparıb. Yoxlama zamanı nazirliyin əməkdaşları nəşriyyatın sənədlərini və kompüterlərini müsadirə edib. Şahbaz Xuduoğlu yoxlamanın sifarişli olduğunu bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR