Mətbuat katibi partiya sədrinə "bura gəl" dedi, gərginlik artdı:"Oradakı cinayətləri prokurorluğa göndərərik, cavab verərlər"
13-04-2021 [13:40]
Kənd Təsərrüfatı Nazirliyinin (KTN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Hüseynov ötən gün Ümid Partiyasının sədri İqbal Ağazadənin ünvanına bəzi fikirlər səsləndirib.
Qurum rəsmisi siyasətçinin nazirliyin damazlıq heyvan, kənd təsərrüfatı texnikası və gübrənin qiymətini şişirdərək pul mənimsəməsi ilə bağlı iddiasının əsassız olduğunu qeyd edib. Vüqar Hüseynov partiya sədrinin qeyri-ciddi, populist və məlumatsız olduğunu vurğulayıb.
Mia.az xəbər verir ki, ünvanına səsləndirilən ittihamlarla bağlı fikirlərini Yenisabah.az-la bölüşən İqbal Ağazadə nazirlik rəsmisinin çox böyük bir səhv edərək belə bir açıqlama yaydığını söyləyib.
Bildirib ki, V.Hüseynov bütün etiketi normalarını pozub, barəsində seçdiyi ifadələri də düzgün seçməyib:

İQBAL AĞAZADƏ
"Əvvəla, hər şeyin bir protokolu var. Etiket normalarının protokolunu bilmirlərsə, öyrənsinlər. Mənimlə görüşmək istəyən, yanıma gələr, daha məni harayasa çağırmaz. Mən uşağam, ya məktəbliyəm ki, harayasa çağırsın?! Adam mənimlə görüşmək istəyirsə, buyurub gəlsin. Fikirləri təhrif edərək danışır. Mənə, “Sizinlə görüşmək istəyirik, sizə bəzi sənədlər təqdim edəcəyik. Sabah zəng edib vaxtı bildirərik”,-dedi. Mən də problem olmadığını bildirdim. Sonra zəng edib, “Filan yerə gələ bilərsiniz”,-dedi. Mən də etiket norması olduğunu, onların mənimlə görüşmək istədiyini və öz ünvanımı dedim. Qapımın üzlərinə açıq olduğunu bildirdim".
Partiya sədri deyib ki, KTN-in cinayətləri barədə materialları Respublika Prokurorluğuna göndərəcək:
"Biz onların cinayətlərinin hamısını dayanmadan Respublika Prokurorluğuna göndərərik, gedib oraya cavab verərlər. Hesab edirlər ki, Respublika Prokurorluğu susur, ölkədə korrupsiya mühiti var deyə, bizim dediyimiz faktların üzərindən keçiləcək?! İqbal Ağazadə çıxış edəndən sonra gübrədən aldıqları 8 manat pulu niyə yığışdırdılar?”.
Siyasətçi heyvanların şişirdilmiş qiymətləri ilə bağlı dediyi sözlərin də sənədə əsaslandığını diqqətə çatdırıb:

NAZİR İNAM KƏRİMOV
“Heyvanlarla bağlı dediklərimin əsassız olduğunu iddia edirlər. Ortada sənədlər var. Fermerlərdən soruşun, onların sənədləri var, baxın görün, inəyi neçəyə alırlar. Burada arqumentsizlik mümkün deyil. Adam 6 700 manata inək alıb. Onun da 60 faizini dövlət ödəyir. Maşın almırlar, matoru filan yoxdur, inəkdir bu, inək. Simmental cinsli Avstriya inəklərindən söhbət gedir”.
“Sabah” “Araz-Naxçıvan”ı 4 qolla məğlub etdi
Kinli 4 bürc: onları nədən çox qəzəblənirlər?
Deputat köməkçisi vəzifədən çıxarıldı - Səbəb
Tibb Universiteti 536 min manatı hara xərcləyəcək? - Rektorun yeni tenderi müzakirə yaradıb
Sabah hava necə olacaq? - Proqnoz
Partiya sədri: "Məncə, bu ssenari cəlbedicidir və..." - "Vensin Azərbaycana səfəri ölkəmizin dünya siyasətində..."
Qoy, “Qarabağ” “Neftçi” ilə oyuna özü çıxmasın və texniki məğlubiyyət alsın! - Olmazmı?
Keçmiş deputata vəzifə verildi
"Yaradıcı süni intellekt: hər kəsin kitabı" (150 sual – 150 cavab) - Professor yazır
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə - FOTOLAR (Yenilənib)
Masallı sakini 9 kq narkotiklə tutulub
Qarabağ əlili "Azəriqaz"ı məhkəmədə uddu, SOS verdi - "Məhkəmə qanunsuz qərarı ləğv etdi, mən işimə bərpa olundum"
ABŞ vitse-prezidenti Bakıya gəlir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...