Prezident: "Biz 1500-dən çox erməni əsgərin meyitini qaytarmışıq"
13-04-2021 [11:56]
"Münaqişədən sonrakı vəziyyətdən danışırıqsa, gələcək sülh prosesinin bəzi elementlərinə diqqət yetirməliyik".
Mia.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün ADA Universitetində "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransda çıxışı zamanı bildirib.
“Ancaq uzun müddət Azərbaycanı qəsdən iblisləşdirmək, azərbaycanlıları Ermənistanı və ya Qarabağı işğal etmiş düşmən kimi təqdim etmək siyasəti yürüdülüb. Bəlkə də cəmiyyətə vaxt lazımdır ki, bizim nəinki müharibə zamanı, həm də ondan sonra etdiklərimizi anlasınlar. Biz 1500-dən çox əsgərin meyitini Ermənistan tərəfinə qaytarmışıq və hələ də Rusiya sülhməramlıları ilə birlikdə onların axtarışlarında iştirak edirik. Birinci Qarabağ müharibəsindən sonra itkin düşmüş, təxminən, 4 000 əsgərimiz var idi və onlardan heç biri geri qaytarılmadı. Bax, budur fərq”.
PrezDövlət başçısı həmçinin Azərbaycan tərəfinin humanitar məsələləri asanlaşdırmaq üçün öz dəmir yolları vasitəsilə Rusiya sülhməramlılarına nəqliyyat və logistika köməyini göstərdiyini vurğulayıb: “Başqa misallar da gətirə bilərəm. Biz “Qazprom”a ərazimiz vasitəsilə Ermənistana qaz tədarük etməsinə icazə verdik, çünki Rusiya ərazisində təmir işləri aparılır. Biz “xeyr” deyə bilərdik, amma “bəli” dedik. Bu növbəti bir işarədir, jestdir. Biz həmçinin ermənilərin Qubadlı və Zəngilanda yolumuzun 21 kilometrindən istifadə etmələrinə icazə verdik, biz onu bağlamadıq. Bəs onlar işğal zamanı heç olmasa bir metr yoldan istifadə etməyimizə icazə verdilərmi? Bu sadəcə bizim tərəfimizdən bir jest deyil, bu məqsədli şəkildə müharibə səhifəsini çevirmək siyasətidir. Bu mənada biz Ermənistanın vətəndaş cəmiyyətindən daha çox şey gözləyirik, çünki nə Ermənistan hakimiyyəti, nə də müxalifəti nəinki Azərbaycan haqqında müsbət danışmaq, heç bitərəf danışmaq niyyətində deyillər. Çünki, bu, Azərbaycanofobiya konsepsiyası, on illərlə azərbaycanlılara qarşı nifrətin yetişdirilməsi onları hüquqlarından məhrum edirdi. Hesab edirəm ki, onlar erməni xalqına həqiqətləri deməyə başlamalıdırlar, çünki müharibə artıq tarixdə qaldı, münaqişə həll olunub və gələcəyə baxmalıyıq”..
“Sabah” “Araz-Naxçıvan”ı 4 qolla məğlub etdi
Kinli 4 bürc: onları nədən çox qəzəblənirlər?
Deputat köməkçisi vəzifədən çıxarıldı - Səbəb
Tibb Universiteti 536 min manatı hara xərcləyəcək? - Rektorun yeni tenderi müzakirə yaradıb
Sabah hava necə olacaq? - Proqnoz
Partiya sədri: "Məncə, bu ssenari cəlbedicidir və..." - "Vensin Azərbaycana səfəri ölkəmizin dünya siyasətində..."
Qoy, “Qarabağ” “Neftçi” ilə oyuna özü çıxmasın və texniki məğlubiyyət alsın! - Olmazmı?
Keçmiş deputata vəzifə verildi
"Yaradıcı süni intellekt: hər kəsin kitabı" (150 sual – 150 cavab) - Professor yazır
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə - FOTOLAR (Yenilənib)
Masallı sakini 9 kq narkotiklə tutulub
Qarabağ əlili "Azəriqaz"ı məhkəmədə uddu, SOS verdi - "Məhkəmə qanunsuz qərarı ləğv etdi, mən işimə bərpa olundum"
ABŞ vitse-prezidenti Bakıya gəlir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...