ABŞ, Rusiya və Türkiyənin Orta Asiyada "yumşaq güc" planı: inqilablar, QHT-lər, təqaüd proqramları və... - TƏHLİL
12-04-2021 [15:19]
Cəmil Doğaç,
Atatürk Universiteti Beynəlxalq Əlaqələr fakültəsinin müəllimi
***
Cəmiyyət diplomatiyası, xüsusilə, 2000-ci illərdən beynəlxalq əlaqələrin əhəmiyyətli anlayışları arasına girib və ciddi xarici siyasət vasitəsi olub.
Türkiyə və Orta Asiya, Amerika Birləşmiş Ştatları və Orta Asiya diplomatik münasibətlərindən müqayisəli şəkildə bəhs edərsək, ABŞ-ın əsas hədəflərindən biri Orta Asiyada Rusiyanın mədəni təsirinin qırılması və bölgə ölkələrinin müstəqilliklərinin qüvvətlənməsidir. Ona görə Amerika Qırğızıstanda təxminən 143, Tacikistanda 81, Qazaxıstanda 76, Türkmənistanda 29 və Özbəkistanda 21 qeyri-hökumət təşkilatını (QHT) yerləşdirib. Bu QHT-lərin çoxu Human Rights Watch, Soros Fondu (Soros Foundation), Jurnalistləri Qoruma Komitəsi (The Committee to Protect Journalists) kimi beynəlxalq təşkilatlara bağlıdır.
Amma Rusiya bölgədə təsirini təkrar artırınca və "rəngli inqilablar" təcrübəsindən sonra bölgə ziyalılarının QHT-lərə ehtiyatlı davranması nəticəsində Amerikanın bu təşkilatları təsirlərini qismən itirdi.
Türkiyənin isə Orta Asiyada ümumi siyasəti bölgə ölkələrinin müstəqil, siyasi və iqtisadi sabitliyə malik, öz aralarında və qonşularıyla əməkdaşlıq içində, beynəlxalq cəmiyyətə inteqrasiya və demokratik dəyərləri mənimsəyən dövlətlər olaraq varlıqlarını davam etdirmələrini dəstəkləməkdir. Türkiyə bu siyasəti izləməklə bölgə ölkələrinin əhəmiyyətli bir ortağı halına gəlib.
Türkiyənin Türküstana ictimai diplomatiyası mədəniyyət, təhsil, media və inkişaf yardımları üzərində təşkil edılıb. Bu baxımdan atılan ilk addımlardan biri ümumtürk mədəniyyət və sənətinin, dilinin, tarixi irsinin qorunması, bu dəyərlərin dünyaya tanıdılması və gənc nəsillərə ötürülməsi məqsədilə 1993-cü ildə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının – TÜRKSOY-un qurulması olub. Təşkilatda Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan əsas üzvlər, Şimali Kipr Türk Respublikası, Rusiya Federasiyasına bağlı 6 muxtar respublika və Moldaviyaya bağlı Qagauz Muxtar Respublikası isə müşahidəçi ölkə qismində TÜRKSOY-un üzvləridir.
Amerika Orta Asiyada liberal iqtisadiyyatı yayma və xüsusi təşəbbüsü inkişaf etdirmə məqsədi daşıyan Orta Asiya Amerika Sahibkarlıq Fondu (Central Asia American Enterprise Fund - CAAEF) yaradıb. Fəaliyyətlərini əsasən özünün Amerika-Orta Asiya Təhsil Təşkilatı (U.S.-Central Asia Education Foundation) vasitəsilə icra edir, bölgədə müəssisə yaratma, sahibkarlığı və açıq bazar iqtisadiyyatını inkişaf etdirmə səyləri göstərir.
Türkiyə isə Orta Asiyada təhsil fəaliyyətlərinə əhəmiyyət verir. 1992-ci ildən başlanan Böyük Tələbə Layihəsilə türk soylu respublikalardan yüzlərlə tələbəni Türkiyədə qonaq edir.
Bu gün də "Türkiyə təqaüdləri" adı altında "Xarici Türklər və Qohum Cəmiyyətləri" qurumu daha geniş təqaüd proqramı həyata keçirir. Bu proqram çərçivəsində Türkdili Ölkələr Təqaüd Proqramı da var ki, hər il onlarla yeni tələbə onun sayəsində Türkiyədəki universitetlərə qəbul olunur.
Bundan başqa, Türkiyə türkcəsinin yayılması da Türkiyənin ictimai diplomatiyası sırasındadır. Yunus Emre İnstitutu Qazaxıstanın paytaxtı Astana və Azərbaycanın paytaxtı Bakıda fəaliyyət göstərir.
Ümumiyyətlə, Türkiyə Milli Təhsil Nazirliyinə bağlı Qırğızıstan və Türkmənistanda dörd, Qazaxıstan və Özbəkistanda isə bir ali məktəb var.
Qırğızıstan-Türkiyə Manas Universiteti 1997-1998-ci təlim-tədris ilindən bu yana Bişkekdə fəaliyyət göstərir. Hal-hazırda universitetdə 9 fakültə, 4 institut, 1 Peşə Məktəbi, 4891 bakalavr, 243 magistr və aspirantura tələbəsi var.
Türk Dünyasının ilk ortaq dövlət universiteti olan Əhməd Yəsəvi Universiteti isə həm də Qazaxıstanda fəaliyyət göstərir. 880 akademik personalı olan universitetdə iqtisadiyyat, tarix, pedaqogika, türkologiya, xarici dillər, hüquq, tibb, ədəbiyyat, idman, incəsənət, informasiya və mühəndislik fakültələri var.
Amerikanın da Türküstanda universiteti var ki, bu, Amerika-Orta Asiya Universiteti (American University of Central Asia) adlanır və bölgənin nüfuzlu ali məktəblərindən biridir. Bölgədə gələcəyin liderlərini yetişdirməyi hədəfləyən bu universitet hər il təxminən 15 ölkədən 500-dən çox tələbə qəbul edir.
Orta Asiyada Amerika dəstəkli digər ali məktəb 1997-ci ildə Qazaxıstanın ən böyük şəhərlərindən biri olan Almatıda qurulan Qazaxıstan-Amerika Universitetidir (KAU).
Soyuq müharibə dövründə ABŞ-ın mühüm təbliğat vasitələrindən biri olan Azad Avropa Radiosu da (Radio Free Europe / Radio Liberty, RFE/RL) keçmiş əksər sovet ölkələrində olduğu kimi, Orta Asiyada hələ davam edir.
TRT.net.tr-dən tərcümə Mia.az-a məxsusdur.
“Sabah” “Araz-Naxçıvan”ı 4 qolla məğlub etdi
Kinli 4 bürc: onları nədən çox qəzəblənirlər?
Deputat köməkçisi vəzifədən çıxarıldı - Səbəb
Tibb Universiteti 536 min manatı hara xərcləyəcək? - Rektorun yeni tenderi müzakirə yaradıb
Sabah hava necə olacaq? - Proqnoz
Partiya sədri: "Məncə, bu ssenari cəlbedicidir və..." - "Vensin Azərbaycana səfəri ölkəmizin dünya siyasətində..."
Qoy, “Qarabağ” “Neftçi” ilə oyuna özü çıxmasın və texniki məğlubiyyət alsın! - Olmazmı?
Keçmiş deputata vəzifə verildi
"Yaradıcı süni intellekt: hər kəsin kitabı" (150 sual – 150 cavab) - Professor yazır
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə - FOTOLAR (Yenilənib)
Masallı sakini 9 kq narkotiklə tutulub
Qarabağ əlili "Azəriqaz"ı məhkəmədə uddu, SOS verdi - "Məhkəmə qanunsuz qərarı ləğv etdi, mən işimə bərpa olundum"
ABŞ vitse-prezidenti Bakıya gəlir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...