Bu ölkədə təhsil naziri edam olunub

img

11-04-2021 [11:47]


Şimali Koreyanın lideri Kim Çen In təhsil naziri barəsində edam qərarı verib.

Bu barədə “Daily NK” Şimali Koreya rejiminin Təşkilat və Rəhbərlik Departamentindən (ODG) sızdırılan bir sənədə istinadla xəbər yayıb.

Bildirilir ki, təhsil komissiyasının uğursuzluğu araşdırılıb, bəzi təhsil işçilərinin hökumətin siyasətini tənqid etdiyi məlum olub.

Şimali Koreya rejiminin prinsiplərini həyata keçirə bilməyən təhsil naziri kifayət qədər video zəng etmədiyi və nazirliyin iş yükündən şikayətləndiyi üçün edam olunub.

Adı xəbərlərdə yalnız “Park” kimi qeyd edilən nazirin 50 yaşlarında olduğu bildirilir/Oxu.az.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA