Ərdoğanla Putin arasında telefon danışığı oldu - Qarabağla bağlı nələr müzakirə edilib?

img

09-04-2021 [19:00]


Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.

Mia.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Bildirilib ki, tərəflər iki tərəfli münasibətlərlə yanaşı, Donbas, Qara dəniz və Qarabağdakı vəziyyəti də müzakirə ediblər.

Telefon danışığı ilə bağlı Kreml də açıqlama yayıb.

Qeyd olunub ki, Ərdoğana Putin Qarabaöla bağlı da müzakirə aparıblar.

Bildirilib ki, Türkiyə prezidenti Rusiyanın Dağlıq Qarabağda vəziyyətin sabitləşməsini təmin etmək üçün atdığı addımları, eyni zamanda, 9 Noyabr 2020-ci il tarixli və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların tədricən icrasını alqışlayıb.

Putin türkiyəli həmkarını bu yaxınlarda Azərbaycan və Ermənistan liderləri ilə apardığı təmasların nəticələri barədə məlumatlandırıb.

Cənubi Qafqazda nəqliyyat infrastrukturunun bərpası ilə bağlı işlərin intensivləşdirilməsinin vacibliyi barədə qarşılıqlı fikir mübadiləsi aparılıb.

MİA.AZ

Digər xəbərlər
SON XƏBƏRLƏR