Baş nazir: "Gürcüstanda epidemioloji vəziyyət pisləşir"

img

08-04-2021 [17:21]


"Təəssüflər olsun ki, bütün dünyada olduğu kimi, Gürcüstanda da epidemioloji vəziyyət pisləşir".

Bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili hökumətin videokonfrans formatında keçirilən iclasında deyib.

O, əhalini qaydalara maksimal şəkildə əməl etməyə çağırıb: "Əlbəttə ki, biz üçüncü dalğanın qarşısını almaq və sərt məbudiyyətlərin tətbiqinə yol verməmək üçün mümkün olan hər şeyi etməliyik. Bunun üçün yeganə yol tələblərə əməl etməkdir. Qoruyucu maskadan düzgün istifadə, həmçinin kütləvi mərasimlərdən çəkinmək kimi elementar qaydalara əməl etmək lazımdır".

Qeyd edək ki, Gürcüstan koronavirus pandemiyasının üçüncü dalğasının astanasındadır. Qonşu ölkədə mövcud məhdudiyyətlərin daha da sərtləşdiriləcəyi istisna edilmir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA