Hökumət dövlət qulluqçuları ilə bağlı yeni qərar verdi - Detallar
08-04-2021 [15:47]
Nazirlər Kabineti “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydası”nı təsdiq edib.
Mia.az xəbər verir ki, Qaydaya əsasən, dövlət qulluqçusunun cari fəaliyyətinə nəzarətin həyata keçirilməsi məqsədilə onun xidməti fəaliyyəti hər təqvim ilinin sonunda qiymətləndiriləcək.
Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin məqsədi onun il ərzində vəzifəsinin öhdəsindən gəlməsini, tutduğu vəzifəyə dair tələblərin yerinə yetirilməsini qiymətləndirməkdən, onun potensial imkanlarının aşkara çıxarılması və həmin imkanlardan səmərəli istifadə edilməsi, dövlət qulluqçusunun peşə səriştəliyini artırmağa stimullaşdırılması və işçinin gələcək inkişafını müəyyən etməkdən ibarətdir.
Qərara əsasən, dövlət orqanının rəhbəri tərəfindən qiymətləndirilmənin nəticəsi əsasında dövlət qulluqçusu barəsində aşağıdakı tədbirlərdən birinin tətbiqi müəyyən edilə bilər:
- qiymət əla (5 və 4.6 qiymətləri arasında) olduqda – dövlət qulluqçusu bu qiymətlə iki il ardıcıl olaraq qiymətləndirilərsə, qanunvericiliyə uyğun olaraq onun mükafatlandırılması, habelə dövlət qulluqçusuna vaxtından əvvəl ixtisas dərəcəsinin verilməsi;
- qiymət yaxşı (4.5 və 3.6 qiymətləri arasında) olduqda - dövlət qulluqçusu bu qiymətlə üç il ardıcıl olaraq qiymətləndirilərsə, qanunvericiliyə uyğun olaraq onun mükafatlandırılması, dövlət qulluqçusunun fəaliyyətinin və bacarıqlarının daha da 14 təkmilləşdirilməsi məqsədilə əlavə təhsilə və ya xüsusi təlimlərə cəlb edilməsi;
- qiymət kafi (3.5 və 2.6 qiymətləri arasında) olduqda – dövlət qulluqçusunun fəaliyyətinin və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə əlavə təhsilə və ya xüsusi təlimlərə cəlb edilməsi;
- qiymət qeyri-kafi (2.5 və daha aşağı) olduqda – bu qiymət növbəti qiymətləndirilmə zamanı dəyişməzsə, dövlət qulluqçusunun bilik və bacarıqlarına uyğun digər analoji vəzifəyə keçirilməsi və bu qiymət yenidən növbəti qiymətləndirilmə zamanı dəyişmədikdə, onun aşağı inzibati vəzifəyə keçirilməsi.
Təqvim ili ərzində fəaliyyəti əla qiymətləndirilmiş dövlət qulluqçularının sayı həmin dövlət orqanı üzrə qiymətləndirilən dövlət qulluqçularının ümumi sayının 20 faizindən çox ola bilməz.
Ramiz Mehdiyevlə bağlı daha bir iddia - Sabiq deputat 3 milyonluq mənimsəmədə ittiham olunur
Prezident İlham Əliyevin Serbiyaya səfəri gözlənilir
I Qarabağ müharibəsinin daha üç itkin-şəhidi dəfn olunub
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda: Axar-Baxar Milli Parkının açılışı olub (FOTOLAR)
Nurlan Həsənovla bağlı iddialar kimləri və niyə həyəcanlandırıb?
YAP-çı deputat Milli Məclisə qarşı - Tənqidi paylaşımı bəyənib
Ağdərədə yük maşını aşıb, sürücü ölüb
Mehriban Əliyeva: "Qoy xalqlarımızın qürur mənbəyi olan Azərbaycan-Türkiyə birliyi və..." - FOTO
Milli Məclisdə beynəlxalq parlament konfransı işə başlayıb
Şəhid Azər Bayramovla vida mərasimi keçirilib
Braziliyada narkotacirlərə qarşı silahlı əməliyyat: 64 nəfər ölüb - Onlardan 4-ü polisdir
Xarici parlamentarilər Fəxri və Şəhidlər xiyabanlarında olublar
Trampdan Qəzzadakı atəşkəsin pozulmasına reaksiya: "Yaxşı olurlarsa, yaxşı olacaqlar, yox, əgər..."
Güzəştli mənzillər satışa çıxarıldı - SİYAHI + Qiymətlər
Adada unudulan 80 yaşlı qadın ölü tapıldı - Bir gün sonra...
Ağdamın Xıdırlı və Ağdərənin Həsənriz kəndlərinə növbəti köç olub
İsrail atəşkəsi pozdu: 63 nəfər öldürülüb - 24-ü uşaqdır
Azərbaycan nefti ucuzlaşdı - 2 dollar...
AQTA sədri xanım müavinini niyə vəzifədən kənarlaşdırıb? - Dabağ xəstəliyinin "günahkar"ı tapılıb
Türkiyə Cümhuriyyətinin qurulmasının 102 illiyidir
PSJ-nin bir illik gəliri açıqlandı: 837 milyon avro
HƏMAS: "Biz savaş istəmirik, atəşkəsə sadiq qalacağıq"
AK Partiya İsrailin Qəzzada atəşkəsi pozmasını pisləyib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Sudanda mülki şəxslər öldürülür - Rəsmi Ankaradan etiraz bəyanatı
Keniyada təyyarə qəzası: 8 macar, 2 alman ölüb
Saleh Səmədovun üçüncü oğlu da vəzifədən uzaqlaşdırılıb - Bu Agentlikdə şöbə müdiri imiş...
Hikmət Hacıyev Ayşe Berris Ekinci ilə görüşüb - FOTO
“Kontakt Home” milyonlarla manat borca düşdü - FOTO
Mərc oyunları oynayan hakimlər cəzalandırılacaq - SİYAHI
QƏZZADA ATƏŞKƏS POZULDU, NETAHYAHU ORDUYA "VUR" ƏMRİ VERDİ - HƏMAS cəsədi geri verməyəcək
Prezident İlham Əliyev Zəngilanda - Daha iki kəndin açılışları olub
Qəzzada dağıntılar altından daha bir israilli əsirin cəsədi tapılıb
Bursada İŞİD üzvləri tutulub - 18 nəfər
"Apple"ın dəyəri artıb - 4 trilyon dolları ötüb
Baş nazir: "Emosiyalar heç kəsi çox uzağa apara bilməz"
"Sivasspor" baş məşqçi ilə yollarını ayırıb - AÇIQLAMA
FİFA türk klubunu cəzalandırdı
İlham Əliyev Ərdoğana məktub göndərib - MƏTN
Bakıda taxtalar yığılan ərazi yanır
Ruben Vardanyana yeni vəkil təyin olunub
Cəbrayıl şəhər məscidinin təməli qoyulub