Zurabişvili parlamentdə illik hesabat verəcək

img

08-04-2021 [14:41]


Sabah Gürcüstan prezidenti Salome Zurabişvili ölkə parlamentində illik hesabat təqdim edəcək.

Bunun üçün qanunverici orqanın növbədənkənar iclası çağırılacaq.

Dövlət başçısı çıxışında ölkədəki hazırkı vəziyyət və vacib məsələlərə toxunacaq.

Qeyd edək ki, qonşu ölkədə prezident ildə bir dəfə parlamentdə hesabat verir. S.Zurabişvili deputatlar qarşısında dövlət başçısı kimi artıq üçüncü dəfə hesabatla çıxış edəcək/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR