Lavrov: “Rusiya Çinlə hərbi ittifaq yaratmağı planlaşdırmır”

img

06-04-2021 [14:04]


“Rusiya Çinlə hərbi ittifaq yaratmağı planlaşdırmır”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov hindistanlı həmkarı Subramaniam Cayşankarla keçirdiyi birgə mətbuat konfransında deyib.

“Bu haqda biz ancaq danışırıq. Bu həm də Rusiya-Çin sammiti zamanı qəbul olunan ikitərəfli sənədlərdə də qeyd olunub. Orda deyilir ki, münasibətlərimiz tarixdə ən yüksək səviyyəyə çatıb, lakin bu münasibətlər hərbi ittifaq məqsədi daşımır. Yeri gəlmişkən, hərbi ittifaqlar barədə yalnız Rusiya-Çin münasibətləri ilə əlaqədar spekulyasiyaları eşidirik”, - deyə Rusiya XİN başçısı vurğulayıb/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA