Ukraynanın şərqində atəşkəs pozulub - İki əsgər həlak olub

img

06-04-2021 [11:37]


Ukraynanın şərqində atəşkəsin pozulması nəticəsində Ukrayna ordusunun iki əsgəri həlak olub.

“Ukrinform”un verdiyi xəbərə görə, tank əleyhinə əl qumbaraatanları, avtomat və pulemyotlardan istifadən edən separatçılar atəşkəsi 7 dəfə pozub.

Ukrayna ordusunun “Şərq” əməliyyat və taktiki qrupunun nəzarət zonasına daxil olan Avdiivka (Donetskdən 17 km şimalda), Lebedinske (Mariopoldan 16 km şərqdə) yaxınlığında Ukrayna mövqeləri separatçılar tərəfindən atəşə tutulub. Həmçinin “Şimal” əməliyyat və taktik qrupunun nəzarət zonasında olan Zolote-4 (Luqanskdan 59 km qərbdə) və Novooleksandrivka ərazisində (Luqanskdan 65 km qərbdə) də Ukrayna mövqeləri separatçılar tərəfindən atəşə tutulub.

Nəticədə Ukrayna ordusunun iki əsgəri həlak olub/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA