Rəsmi Kiyev Donbasla bağlı danışıqlardan imtina etdi: "Nümayəndə heyəti Minskə göndərilməyəcək"

img

06-04-2021 [11:10]


Kiyev Donbass üzrə Üçtərəfli Təmas Qrupundakı nümayəndə heyətinin üzvlərini Minskə göndərməyəcək.

"RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Ukrayna Baş nazirinin müavini, Ukraynanın Müvəqqəti işğal olunmuş əraziləri üzrə naziri Aleksey Reznikov bildirib.

Onun sözlərinə görə, danışıqların davam etdirilməsi üçün başqa ölkə, başqa şəhər axtarmaq lazımdır.

Qeyd edək ki, daha əvvəl Ukraynanın birinci Prezidenti, Kiyevin Donbass üzrə Üçtərəfli Təmas Qrupunda nümayəndə heyətinin rəhbəri Leonid Kravçuk prezident seçkilərindən sonra baş verən etiraz aksiyalarına görə danışıqların Minskdə yox, başqa bir ölkədə aparılmasının mümkünlüyünü bildirib. O, Belarusa alternativ kimi İsveçi təklif edib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA