AZƏRBAYCANDA İKİ GENERAL 9 MADDƏ İLƏ HƏBS OLUNDU - Prokurorluq xəbər yaydı + TƏFƏRRÜAT
06-04-2021 [10:32]
Azərbaycan Respublikasının ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin vəzifəli şəxsləri tərəfindən qanunsuz hərəkətlərə məruz qalmalarına dair ayrı-ayrı şəxslərin müraciətləri ilə əlaqədar əvvəllər başlanmış cinayət işi üzrə istintaq davam etdirilir.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Mia.az-a bildirilib ki, istintaqla Şixəliyev Mövlam Məmmədismayıl oğlunun MTN-nin İstintaq Baş İdarəsinin rəisi vəzifəsində işlədiyi dövrdə tabeliyində olan şəxslərlə birlikdə 9 halda cinayət işləri üzrə sübutları saxtalaşdırmasına, vəzifə səlahiyyətlərindən sui istifadə edərək müxtəlif korrupsiya cinayətləri törədərək külli miqdarda rüşvət tələb etməsinə və almasına, 4 halda isə ayrı-ayrı şəxslərin külli miqdarda əmlaklarını və pul vəsaitlərini hədə qorxu ilə tələb edərək ələ keçirməsinə əsaslı şübhələr müəyyən olunub.
Həmçinin, istintaqla həmin Nazirliyin Hərbi əks-Kəşfiyyat İdarəsinin sabiq rəisi Şirinov Nizami Talış oğlunun qeyd olunan vəzifədə işlədiyi müddətdə müxtəlif şəxslərdən MTN-nin Akademiyasına qəbul etdirmək, xidmət yerini dəyişdirmək, habelə tabeliyində olan əməkdaşın işdən çıxarılması üçün müvafiq tədbirlərin görülməməsi, xidmət üzrə ümumi himayədarlıq edilməsi müqabilində 3 halda külli miqdarda rüşvət tələb edərək almasına, 3 halda isə ayrı-ayrı şəxslərin külli miqdarda əmlaklarını və pul vəsaitlərini hədə qorxu ilə tələb edərək ələ keçirməsinə, habelə vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr müəyyən edilib.
Mövlan Şıxəlıyev və Nizami Şirinov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, onlara Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (ağırlaşdırıcı hallarda hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (ağırlaşdırıcı hallarda rüşvət alma), 341.2.1, 341.2.3 (ağırlaşdırıcı hallarda vəzifə səlahiyyətlərindən sui istifadə etmə və vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham elan edilmiş və barələrində Bakı hərbi məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
***
Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin iki generalı həbs edilib.
Mia.az Unikal.org-a istinadla xəbər verir ki, keçmiş nazir Eldar Mahmudova yaxınlığı ilə seçilən generallar Nizami Şirinov və Mövlam Şıxəliyev hüquq-mühafizə orqanları tərəfindən həbs ediliblər.
Hər iki şəxs barəsində 4 aylıq həbs qətiimkan tədbiri seçilib.
Qeyd edək ki, N. Şirinov ləğv edilən MTN-nin Hərbi Əks-Kəşfiyyat İdarəsinin rəisi, M. Şıxəliyev isə İstintaq Baş İdarəsinin rəisi işləyib.
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq idarə rəisləri, generallar Mövlan Şıxalıyev və Nizami Şirinov saxlanılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, yaxın vaxtlarda məsələ ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.
Mia.az
Qubada səkkiz nəfər qidadan zəhərlənib
“Sabah” “Araz-Naxçıvan”ı 4 qolla məğlub etdi
Kinli 4 bürc: onları nədən çox qəzəblənirlər?
Deputat köməkçisi vəzifədən çıxarıldı - Səbəb
Tibb Universiteti 536 min manatı hara xərcləyəcək? - Rektorun yeni tenderi müzakirə yaradıb
Sabah hava necə olacaq? - Proqnoz
Partiya sədri: "Məncə, bu ssenari cəlbedicidir və..." - "Vensin Azərbaycana səfəri ölkəmizin dünya siyasətində..."
Qoy, “Qarabağ” “Neftçi” ilə oyuna özü çıxmasın və texniki məğlubiyyət alsın! - Olmazmı?
Keçmiş deputata vəzifə verildi
"Yaradıcı süni intellekt: hər kəsin kitabı" (150 sual – 150 cavab) - Professor yazır
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə - FOTOLAR (Yenilənib)
Masallı sakini 9 kq narkotiklə tutulub
Qarabağ əlili "Azəriqaz"ı məhkəmədə uddu, SOS verdi - "Məhkəmə qanunsuz qərarı ləğv etdi, mən işimə bərpa olundum"
ABŞ vitse-prezidenti Bakıya gəlir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...