Köçəryan seçkiyə qatılır: "Yəqin ki, iki partiyadan ibarət olacaq blokun rəhbəri kimi iştirak edəcəyəm”

img

05-04-2021 [17:48]


Ermənistanın sabiq prezidenti Robert Köçəryan iyunun 20-nə təyin edilmiş parlament seçkilərində partiyalar blokunun rəhbəri qismində iştirak edəcək.

TASS xəbər verir ki, bu barədə keçmiş dövlət başçısı Rusiya televiziyasına açıqlamasında bildirib.

“Ölkəmə 10 il ərzində rəhbərlik etmişəm, amma bitərəfəm. Yəqin ki, iki partiyadan ibarət olacaq blokun rəhbəri kimi iştirak edəcəyəm”, - o, deyb.

R.Köçəryan həmin blokun məhz hansı partiyalardan ibarət olacağını dəqiqləşdirməyib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA