Latviyada NATO-ya üzv dövlətlərin hərbi qüvvələrinin iştirakı ilə təlimlər başlayıb

img

05-04-2021 [16:12]


Latviyada NATO-ya üzv dövlətlərin hərbi qüvvələrinin iştirakı ilə təlimlər başlayıb.

“RİA Novosti” xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Adaji hərbi poliqonunda “İron Spear” adı altında keçirilən təlimlərdə Latviya, Litva, Estoniya və Polşa hərbçiləri iştirak edirlər. Təlimlərin məqsədi Latviya və müttəfiq Silahlı Qüvvələrin əməkdaşlığını və qarşılıqlı fəaliyyətini yaxşılaşdırmaqdır.

Aprelin 9-dək davam edəcək təlimlərdə tanklardan və zirehli maşınlardan döyüş atışları yerinə yetirilir.

Qeyd edək ki, Latviya 2004-cü ildən NATO-nun üzvüdür/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA