UKRAYNA-RUSİYA TOQQUŞMASI: bu, Moskva ilə Türkiyə arasında da ciddi "qırılma xətti" yarada bilər" - TƏHLİL
04-04-2021 [20:12]
Gürşad ZORLU, Professor
Haberturk.com
***
Ukraynada toqquşmaların gərginləşdiyi 2014-dən bu yana Kiyev və Moskva arasındakı münasibətlər ən aşağı səviyyədə davam edir.
ATƏT-in Ukrayna üzrə heyəti keçdiyimiz günlərdə ölkənin şərqindəki toqquşma bölgələri - Donetsk və Luqanskidə 2014-cü ilin aprel ayından bu yana 13000-dən çox insanın öldüyünü, yüzlərcə atəşkəs pozuntusunun qeydə alındığını bildirib.

Qeyd olunan müddətdə Fransa və Almaniyanın da yer aldığı "Normandiya formatı" çərçivəsində Ukrayna və Rusiya arasında görüşlər olurdu. 2016-cı ildə Putin ilə Zelenski də bir araya gəlmişdi.
Tərəflərin xarici işlər qaynaqlarından əldə etdiyim məlumata görə, ehtimal olunan dialoqun yenidən başlamasına hər iki tərəf həddən ziyadə həvəssizdir. Tərəflər belə bir atmosferdə masaya əyləşib, konkret əlverişli həllə nəinki imkansız baxır, ümimiyyətlə, dialoqu belə mümkünsüz sayır.
İndi əsas sual budur: tərəflərdə bir müzakirə, dialoq istəyi yarana bilərmi?

Məncə, əvvəl bu məsələni təhlil etmək gərəkdir.
Ukrayna torpaq bütövlüyünü əsas gətirib, tələb və təkliflərini irəli sürərkən, Rusiya bunları müzakirəyə açmayacağını açıq deyir.
![]()
Bir digər məsələ isə budur: Putin diplomatiyadakı təcrübəsi ilə enerji kartını bir təzyiq kimi istifadə edir. Vəziyyət beləykən, digər ölkələr məsələyə təmkinli yanaşmaq məcburiyyətində qalır.
Ayrıca ABŞ-ın Ukraynadaki prosesi Rusiyanın geopolitik gücü acısından oxuması, atıla biləcək cüzi addımları belə, strateji bir tablonun içinə sıxışdırır.
Ümumi olaraq, Rusiya Donbas bölgəsində bir əfv çıxarılmasını, müxtar bölgələr yaradılmasıını və öz sərhəd xəttində rus əsgəri varlığının davamını tələb edir. Ukrayna isə bu tələbi Krımla, onun işğalı ilə ımüqayisə edərək, qarşı çıxır.
Krımda olanları xatırlasaq, rəsmi Kiyevin bu təlaşı anlaşılandır. Üstəlik, sərhəddən rus hərbçilərinin geri çəkilməməsi durumunda, bu, Ukrayna acısından daha gərgin mühit yaradır.

Ukrayna buradaki vəziyyəti birmənalı “müvəqqəti işgal” olaraq qiymətləndirir. Çünki Donetsk və Luqanski bölgələrində Rusiyanın dəstəyi ilə fəaliyyət göstərən təxminən 35500 savaş dəstələləri formalaşdırılıb. Üstəlik, Ukrayna mənbələri Rusiyanın bölgəyə əlavə hərbi qüvvələr göndərdiyini də açıqlayır.
Əlbəttə, belə bir vəziyyətdə dialoq mühitinin yenidən yaranması çəti görünür.
Yada salaq ki, Avropa İttifaqı ötən həftə yaydığı açıqlamada “Krımdaki qanunsuz ilhaqı tanımırıq və Ukraynanın suverenliyinə, ərazi bütövlüyünə dəstək veririk” demişdi. Ayıca Krımda zorla hərbi xidmətə çağırılmanın beynəlxalq hüquqa zidd olduğu vurğulanıb.
Bu yerdə xatırladaq ki, Krım tatarları bu prosesdən ən çox təsirlənən toplumdur.

Digər yandan, Ukrayna son 6 aydır Krımla bağlı aktiv siyasi xarici siyasət aparır. Yeni yaradılan Krım platformasında 100-dən çox ölkə təmsilcisinin Kiyevdə bir araya gəlməsi planlanır. Hələlik rəsmi açıqlama olmasa da, bu ölkələrdən biri də Türkiyə olacaq. Zira, Türkiyə Krımın qanunsuz ilhaqını tanımamaqdadır.
Başqa mövzunun söhbəti olsa da, son vaxtlar Rusiyanın Qara dənizdə hərbi gücünü artırması, başda Türkiyəni daha çox maraqlandırır. Rusiya ilə istər işbirliyi, istər qarışıq mövzularla bağlı məsələləri diqqətə alsaq, rəsmi Moskvanın həm Ukrayna, həm də Qara dənizdəki fəaliyyəti Türkiyənin təhlükəsizliyi baxımından da ciddi "qırılma xətt"i yarada bilər.
Tərcümə Mia.az-ındır.
P.S. Mövzuyta əlavə olaraq, onu da qeyd edək ki, ötən gün ABŞ prezidenti Bayden Ukryana lideri Zelenski ilə telefonda danışıb. Telefon danışığ ilə bağlı açıqlama verən Ukraya prezidenti deyib ki, Bayden Ukraynanın Rusiya qarşısında tək qalmayağına vəd verib.
Mia.az
Qubada səkkiz nəfər qidadan zəhərlənib
“Sabah” “Araz-Naxçıvan”ı 4 qolla məğlub etdi
Kinli 4 bürc: onları nədən çox qəzəblənirlər?
Deputat köməkçisi vəzifədən çıxarıldı - Səbəb
Tibb Universiteti 536 min manatı hara xərcləyəcək? - Rektorun yeni tenderi müzakirə yaradıb
Sabah hava necə olacaq? - Proqnoz
Partiya sədri: "Məncə, bu ssenari cəlbedicidir və..." - "Vensin Azərbaycana səfəri ölkəmizin dünya siyasətində..."
Qoy, “Qarabağ” “Neftçi” ilə oyuna özü çıxmasın və texniki məğlubiyyət alsın! - Olmazmı?
Keçmiş deputata vəzifə verildi
"Yaradıcı süni intellekt: hər kəsin kitabı" (150 sual – 150 cavab) - Professor yazır
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə - FOTOLAR (Yenilənib)
Masallı sakini 9 kq narkotiklə tutulub
Qarabağ əlili "Azəriqaz"ı məhkəmədə uddu, SOS verdi - "Məhkəmə qanunsuz qərarı ləğv etdi, mən işimə bərpa olundum"
ABŞ vitse-prezidenti Bakıya gəlir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...