Partiya liderindən şok açıqlama: "6 biznesmen deputatı zorlayıb"

img

03-04-2021 [17:45]


Moldovada altı biznesmen intiqam məqsədiylə parlament deputatını zorlayıb.

TV8 telekanalının məlumatına görə, bu barədə “Bizim Partiya”nın (“Partidul Nostru”) rəhbəri  Renato Usatıy bəyan edib.

Onun sözlərinə görə, Vlad Plaxotnyukun rəhbərliyi ilə Demokratik Partiyanın iqtidar olduğu dövrlərdə iş adamları deputatlardan birinin fəaliyyətindən külli miqdarda ziyan görüblər.

“Ploxotnyukun dövründə iş adamlarına çox ziyan vuran bir deputat var idi. Adını çəkmək istəmirəm, amma bunun necə bitdiyini sizə deyə bilərəm. Ploxotnyukun rəhbərliyi dövründə bu deputatın hərəkətləri səbəbindən çox əziyyət çəkən altı biznesmen toplandı və sözün əsl mənasında ona təcavüz etdi”, - deyə Usatıy vurğulayıb.

O, təfərrüatı açıqlamaqdan, o cümlədən parlament üzvünün adını çəkməkdən imtina edib, lakin bu məlumatların doğru olduğuna da əmin edib./Oxu.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA