Belçika, Portuqaliya və Hollandiya məktəblərdə məsafədən təhislə keçir

img

02-04-2021 [12:49]


Belçika 4 həftəlik Pasxa qapanmasına gedir.

Bu barədə BBC-nin yaydığı məlumatda deyilir.

Bildirilir ki, ölkədə ibtidai və orta məktəblər, eyni zamanda universitetlər aprelin 19-dək bağlanır. Bütün vacib olmayan səfər və görüşlər təxirə salınır, həmçinin ictimai yerlərdə maska taxılması məcburidir.

Portuqaliyada isə vəziyyətdən asılı olaraq muzey, orta məktəb və universitetlərin aprelin 19-dək açılmaması haqqında qərar hələ də qüvvədə qalır.

Hollandiyada vəziyyət bir az fərqlidir. Belə ki, burda orta məktəblərdə həftədə ən azı 1 gün dərslərin əyani formada məktəbdə keçirilməsinə baxmayaraq, universitet tələbələrinə aprelin 26-dan həftədə ən azı 1 gün dərslərini əyani formada keçmək üçün icazə veriləcək/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA