Ermənistan proporsional seçki sisteminə keçib - Deputatlar dəyişikliyə "hə" dedi

img

01-04-2021 [20:05]


Ermənistanda parlament seçkilərinin proporsional seçki sistemi üzrə keçirilməsini nəzərdə tutan dəyişiklik qəbul edilib.

“armeniasputnik.am” saytının məlumatına görə, Ermənistan parlamentinin 82 deputatı Seçki Məcəlləsinə müvafiq dəyişikliyin lehinə səs verib.

Bundan əvvəl Ermənistanda qarışıq seçki sistemi mövcud olub.

Partiyalar üçün 5 faiz, seçki blokları üçü 7 faiz seçki baryeri isə dəyişməyib.

Qeyd edək ki, iyunun 20-də Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA