DİN-dən yeni əməliyyat: saxlanılanlar var - TƏFƏRRÜAT
31-03-2021 [15:16]
Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları narkotik vasitələrin ölkə ərazisində qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində mübarizə tədbirlərini davam etdirir.
Mia.az DİN-in Mətbuat xidmətinə istinadla bildirir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əldə edilən əməliyyat məlumatı əsasında həyata keçirilən növbəti uğurlu tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən vətəndaş Zamin Əliyev Abşeron rayonu ərazisində saxlanılıb. Onun üzərinə baxış zamanı 46 qram heroin, 27 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.
Əməliyyat tədbirlərinin davamı olaraq Zamin Əliyevin yaşadığı evdən əlavə 8 kiloqram heroin, 2 kiloqram 440 qram metamfetamin, 2 kiloqram 200 qram marixuana, 2 kiloqram 603 qram tiryək və 2300 ədəd psixotrop tərkibli “Metadon” həbi aşkar olunaraq götürülüb. Saxlanılan şəxs izahatında külli miqdarda narkotik vasitəni xarici ölkələrdən birinin vətəndaşından satmaq məqsədi ilə əldə etdiyini bildirib.
Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş Orxan Mürsəlov saxlanılıb. Onun üzərinə baxış zamanı 10 qram, Xəzər rayonunda yaşadığı məzildən isə əlavə 2 kiloqram 160 qram heroin, 215 qram marixuana, 61 qram tiryək, 358 qram metamfetamin, 120 ədəd “Metadon M40” həbi və 2 ədəd elektron tərəzi aşkar edilib.
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən daha bir əməliyyat tədbiri zamanı isə vətəndaş Nuranə Babayeva saxlanılaraq Baş İdarəyə gətirilib. Onun üzərinə baxış zamanı 5 qram, Sabunçu rayonunda yaşadığı evindən isə külli miqdarda - 3 kiloqram 470 qram heroin, 500 ədəd “Metadon” həbi və narkotik vasitələrin satışı zamanı istifadə etdiyi elektron tərəzi aşkar edilib.
Baş İdarənin əməkdaşlarının həyata keçirdikləri daha bir əməliyyat zamanı isə vətəndaş Gülnarə İsmayılova narkotik vasitələrin satışında şübhəli bilindiyi üçün saxlanılıb. Onun üzərindən 107 qram, Nərimanov rayonunda yaşadığı mənzildən isə 470 qram heroin, 1 ədəd elektron tərəzi və narkotik vasitələrin satışından əldə olunan 2000 manat pul aşkar edilib.
Baş İdarənin əməkdaşlarının həyata keçirdikləri sonuncu əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş Vüsal Tağıyev saxlanılıb. Onun üzərindən və Sabunçu rayonunda yaşadığı evdən ümumilikdə 40 qram heroin və metamfetamin, eləcə də, narkotik vasitələrin satışında istifadə etdiyi 1 ədəd elektron tərəzi, həmçinin, 1 ədəd “Makarov” markalı tapança aşkar edilib.
Beləliklə, Baş İdarə əməkdaşları tərəfindən keçirilən sonuncu əməliyyatlar nəticəsində qanunsuz yollarla ölkə ərazisinə gətirilən yüksək təsiredici xassəyə malik ümumi çəkisi 23 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə, eləcə də, 2920 ədəd “Metadon” həbinin yayılmasının qarşısı alınıb.
Qeyd edilən faktlarla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və onlar tutularaq istintaqa cəlb olunublar. Cinayət işləri üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Osimhen: "Mənə it kimi davrandılar"
Levent Şahin yeni vəzifəsinin icrasına başlayıb
"Azəriqaz" məzuniyyət ödənişini niyə ləngidir? - Şikayət
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ərdoğan Baş nazirə "Togg" hədiyyə etdi
İran Prezidenti: "Ümid edirik ki, danışıqlar prosesi konkret nəticələrə gətirib çıxaracaq"
GENERAL ƏMR VERDİ, ABŞ ORDUSU ÜÇ QAYIĞI VURDU - 11 nəfər öldü
Bloger bu sevgilisindən də ayrıldı - FOTO
Leyla Əliyeva Albaniyada - Baş nazirlə görüş + FOTOLAR
"Azərişıq" ASC-nin vəzifəli şəxsinin restoran tikintisi... - Qanunsuzluq, yoxsa... + VİDEO
Hillari Klinton Tramp administrasiyasını ittiham edir: "Epşteyn sənədlərini ört-basdır etməyə çalışırlar"
"Renka" həbs edildi
İRANLA ABŞ ANLAŞDI - Xarici işlər naziri ilk açıqlama yaydı
Mətbuat katibi yeni vəzifəyə gedir
Sabah bu ərazilərdə qaz olmayacq
Ruben Vardanyana Bakıda hökm oxundu - 20 il həbs (YENİLƏNİB)
İran Hörmüz boğazının bir hissəsini bağlayır
MARTDA 11 GÜN ARDICIL İŞ GÜNÜ OLMAYACAQ
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Azərsilah"da maraqlı təyinat: bank işçisi strateji qurumda yüksək vəzifəyə gətirildi
Keçmiş şirkət rəhbəri İcra başçısının sürücüsü işləyir
Sabiq Baş nazir: "Maddi sıxıntılarım var"
Namid Abdulova yeni vəzifə verilib
Adil Əliyevə niyə töhmət verilib? - Səbəb
"Vüqar Qurbanovla nə dostluğum? Gedin Zamirə xanımdan soruşun" - TƏBİB rəhbərinin vəzifədən çxarılma səbəbini açıqlandı
"BİZİ YIXMAĞI SƏN DƏ BACARAMAYACAQSAN" - Xamenei "o gəminizi vuracaq silahımız var" dedi, Trampa mesaj verdi
Salyanda kür çayında bir nəfər boğulub
Kukla Teatrının keçmiş rejissoru məhkəməyə verilib
Deputatlar toplanır: hansı qanunlar dəyişir? - SİYAHI
Quş qripinə qarşı növbəti monitorinq keçiriləcək
Bakının mərkəzi küçəsində yanğın: yaşlı qadın... - VİDEO (Yenilənib)
Şahin Şıxlınskiyə hökm martda oxunacaq
ADY-nin mühəndisi qəza törətdi - FOTOLAR
Keçmiş icra başçısı yeni vəzifəyə təyin edilib
"Açıq-saçıq geyinən ifaçıları toyuna çağıran da elə onların özüdür" - Aparıcıdan açqlamalar
İlin ilk Günəş tutulması başlayıb
Əliyar Ağayev Konfrans Liqasının pley-off oyununa təyinat aıb
Sabiq icra başçısının oğlu barədə qərar verildi
Saxta kredit elanları verən şəxs saxlanılıb
Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb