Avropadan Ankaraya mühüm mesaj: “Türkiyə vacib regional gücdür və..."
30-03-2021 [17:50]
“Həqiqətən də Avropa İttifaqının (Aİ) Türkiyə ilə iş birliyində və qarşılıqlı faydalı əlaqələrin inkişafında strateji marağı var”.
Bunu Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell “Aİ-Türkiyə münasibətləri: körpü qurmağa ehtiyac” adlı məqaləsində qeyd edib.
Cozep Borrell bildirib ki, Aİ liderləri Gömrük İttifaqının modernləşdirilməsi, yüksək səviyyəli dialoqun və insanlar arasında təmasların yenidən başladılması və miqrasiya sahəsində əməkdaşlığın gücləndirilməsi də daxil olmaqla əməkdaşlığın vacib istiqamətlərində Türkiyə ilə işləməyə hazırdır.
Aİ rəsmisi məqaləsində vurğulayıb ki, münasibətlərin normallaşması çox mürəkkəb bir ildən sonra - Türkiyə və Aİ arasında gərginlik və münasibətlərin səviyyəsinin ən aşağı həddə çatdığı bir dövrdən sonra baş verib: “2020-ci ilin sonlarına doğru Türkiyə Aİ ilə yenidən əlaqə qurmaq üçün marağını ifadə etməyə başladı. Neqativ ritorika əhəmiyyətli dərəcədə azaldı və Şərqi Aralıq dənizindəki Aİ üzv dövlətlərinin maraqlarına zidd hərəkətlər dayandırıldı. Vəziyyət kövrək olaraq qalır, ancaq Aİ Türkiyə tərəfindən olan bu inkişafı və jestləri alqışlayır və buna əlini uzadaraq cavab verib. Həqiqətən də Avropa İttifaqının Türkiyə ilə iş birliyində və qarşılıqlı faydalı əlaqələrin inkişafında strateji marağı var. Bu, Türkiyə üçün də eyni dərəcədə keçərlidir. Aİ Türkiyənin sərmayə mənbəyi ilə yanaşı, bu ölkənin bir nömrəli idxal və ixrac ortağıdır”.
Türkiyə və Aİ arasında ticarət göstəricilərinə toxunan C. Borrell pandemiyadan əvvəl 69,8 milyard avro dəyərində Türkiyə ixracatının Aİ-yə yönəldiyini və 58,5 milyard avro xarici birbaşa investisiyanın Aİ-dən Türkiyəyə gəldiyini deyib: “5,5 milyondan çox Türkiyə vətəndaşı Aİ-yə üzv ölkələrdə yaşayır və "Eurobarometr"ə görə Türkiyə vətəndaşlarının 61%-i Aİ-ni dünyada nüfuzlu aktyor hesab edir”.
NATO çərçivəsində Türkiyə ilə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığa da toxunub.
“Türkiyənin Avropanın yolunu tutmaqdan daha yaxşı variantlarının real olduğunu düşünmək çətindir”, - deyə o qeyd edib.
O bildirib ki, Aİ liderləri münasibətdə mərhələli və mütənasib yanaşmanın lazım olduğunu vurğulayıblar: “Münasibətlərimizi davamlı şəkildə düzəltmək üçün cəsarət və qətiyyət, eyni zamanda rahatlıq və anlayış lazımdır.
Təxirə salınan bəzi məsələlər on illərdir davam edən fikir ayrılıqları və münaqişələrə qarışıb. Lakin bu gün həll yolu tapmaq üçün göstərilən səylər keçmişdən göstərilən səylərdən fərqlənir: köhnə mübahisələrin Avropa İttifaqının təhlükəsizlik maraqlarına nə qədər təsir etdiyinə dair yüksək düşüncə formalaşıb. Artıq bunlar Türkiyə ilə bəzi üzv dövlətlər arasında yalnız ikitərəfli məsələlər hesab edilə bilməz. Türkiyə vacib bir regional gücdür və bu ölkənin tarixi taleyi Avropa İttifaqı bayrağı altında qurduğumuz bənzərsiz sülh layihəsində Avropanın qalan hissəsinə qoşulmaq ola bilər”.
Strateji qütbləşmənin dünyada yenidən meydana çıxdığını qeyd edən Aİ-nin Ali Nümayəndəsi Türkiyəni də əhatə edən Avropa demokratik sütununun gücləndirilməsinin bu qütbləşmədə əsas tarazlıq elementi ola biləcəyini deyib: “Bu Avropa İttifaqı Şurasının təklif etdiyi mümkün bir körpüdür. Biz indi bu körpünü tikməliyik və inanıram ki, hər iki tərəfdən aydın siyasi seçim və öhdəliklə bunu edə bilərik. Bizim tərəfimizdən Aİ lazımi səyləri göstərməyə hazırdır. Türkiyə də buna eyni dərəcədə razıdırsa və müvafiq hərəkətlərlə daha müsbət ritorika ortaya qoyursa gərginləşmədən uzaqlaşıb qarşılıqlı faydalı gündəm qurmağa davam edə bilərik”/APA.
İsrail Livanı yenə vurdu: 20 nəfər həlak olub
Sadettin Saran: "Hər sahədə zirvəyə can atırıq"
Tramp İranla savaşı "soyutmağa" çalışır? - "Orada demək olar ki, hər şeyi məhv etdik"
İran futbol üzrə 2026-cı il dünya çempionatında iştirak etməyəcək
Murat Kılıç: "Türkiyə Kuboku bizim üçün çox vacibdir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ, BİRGƏ BƏYANAT VERİLDİ - FOTOLAR (Yenilənib)
Könül Həmzəyeva tutulub
YENİ KOMİSSİYA YARADILDI - Azər Əliyev sədr, onlar üzvləri seçildi
Bakıda "özbək həkim” saxlanıldı
Türkiyə Quru Qoşunları komandanı Naxçıvana gəlib
Ramazanın 22-ci gününün duası: imsak və iftar vaxtı
Daha bir tiktoker həbs edildi
"İRANA HÜCUM NƏ QƏDƏR LAZIMDIRSA, O QƏDƏR DAVAM EDƏCƏK" - İsrail müdafiə naziri rejimin devrilməsini vacib sayır
“Qızlara ağ yaraşır” layihəsinin iştirakçıları “Azercell”in qonağı oldular - FOTOLAR
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
Bələdiyyələrlə bağlı daha bir qərar verildi
SEPAH ABŞ bazalarına yeni nəsil 2 tonluq raketlərlə zərbələr endirib
Avropa İttifaqı İranın Naxçıvana hücumunu pisləyib
"AAYDA SƏDRİNİN MÜAVİNLƏRİ VƏZİFƏDƏN ÇIXARILMAYIB" - Rəsmi açıqlama yayıldı (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
QHT işi: daha bir nəfərə hökm oxunub
Politoloq Azər Qasımlıya ağır cəza verildi
"Birləşmiş Sukanal" MMC ləğv olunub
Prezident İlham Əliyev Fərman imzalayıb
Türkiyə Kuboku: 1/4 final mərhələsinin püşkü atıldı
Rüfət Nasosnunun verilişi bağlandı
İran Bəhreynə yeni zərbələr endirib
Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana səfərə gəlib
AFFA bir neçə klubu cəzalandırıb
“Qarabağ”ın məşqçiləri cəzalandırıldı
İrandan daha 23 nəfər Azərbaycana təxliyə olunub
İraq İranı hədələdi: "Hücumlara seyrçi qalmayacağıq, əgər...."
PUTİN İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
Aeroport yolunda maşın iki piyadanı belə vurdu - VİDEO
Hərbçilərin maaşı ilə bağlı qərar verildi - Dəyişiklik
IDEA könüllüləri Zaqatalada kütləvi ağacəkmə aksiyası keçirib
Fransa XİN: "Biz bu müharibədə rol almadıq, iştirak da etməyəcəyik"
Xocavənd şəhərində əmək yarmarkası keçiriləcək
NYT: "İran ABŞ-ın 17 bazasına zərər verib"
Sabahın hava proqnozu açıqlandı
"Şamaxı" əcnəbi futbolçu ilə anlaşıb