Pənah Hüseynin partiyasına 59.8 kv.metrlik yeni qərargah verildi

img

29-03-2021 [20:49]


Sabiq Baş nazir Pənah Hüseynin sədri olduğu Azərbaycan Xalq Partiyasına (AXP)  yeni qərargah verilib

Mia.az xəbər verir ki, bu barədə partiya sədri Pənah Hüseynin özü məlumat verib.

Bildirib ki, yeni qərargah Azadlıq prospekti 161b ünvanında yerləşir: "Bu ünvandakı inzibati binada Azərbaycan Xalq Partiyasına qərargah məqsədi ilə istifadə üçün təklif edilən 59,8 kv.m. qeyri-yaşayış sahəsini təhvil almaq barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti nümayəndələri ilə birillik icarə müqaviləsi imzaladıq".


Digər xəbərlər
SON XƏBƏRLƏR