Tanınmış hüquq müdafiəçisindən qalmaqallı olaya etiraz: "Namusla oynamaq biabırçılıqdır, belə videolar yaymaq..."

img

29-03-2021 [16:25]


“Bir-birinizlə müharibə aparırsız, aparın; qarşı tərəfi tənqid edin və s. Daha ailə məsələlərinə, insanların şəxsi həyatına niyə qarışırsınız?! Xaricdə yaşayan bir qrup da ağızlarını dinc tutmur”.

Mia.az xəbər verir ki, bunu Pravda.az-a hüquq müdafiəçisi Novella Cəfəroğlu Milli Şuranın sədri Cəmil Həsənlinin qızının intim görüntülərinin yayılmasına münasibət bildirərkən deyib.

N.Cəfəroğlu qeyd edib ki, insanların şəxsi həyatı ilə bağlı videoları yaymaq yolverilməzdir: “Ağızlarını dinc qoymurlar, davamlı olaraq bizim cəmiyyətin ailələri ilə oynayırlar. Bu, murdarlıqdır. Belə situasiyalara nifrət edirəm. Belə videolar yayaraq düşmənçilik etmək bizim namusumuza, qeyrətimizə, mentalitetimizə yaraşmır. Bu məsələrə birdəfəlik “stop” demək lazımdır. Hansı tərəfdən baxsaq, namusla oynamaq biabırçılıqdır. Ailələrə toxunmaq olmaz!”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA