Həkimdən xəbərdarlıq: “Koronavirusun 4-cü dalğasından heç bir ölkə sığortalanmayıb”
29-03-2021 [15:53]
“Koronavirusun dördüncü dalğasından heç bir ölkə sığortalanmayıb”.
Bunu Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsinin rəisi, kardioloq Tamilla Əliyeva deyib.
O bildirib ki, COVİD-19 xəstəliyi yenidən bütün dünyanı ağuşuna alaraq, sürətlə yayılmaqda davam edir:
“Con Hopkins Universitetinin məlumatına görə, pandemiya ili ərzində dünyada 114,5 mln. nəfər koronavirusa yoluxub, 2.5 milyon nəfər dünyasını dəyişib. Hazırda bir sıra ölkələr koronavirusun dördüncü dalğasının başlanacağı barədə bəyan ediblər. Bu ölkələr əsasən İran, İspaniya və Çindir. Son günlər koronavirusa yoluxanların sayının Rusiyada da yüksək artımı qeydə alınıb. “Arab News” agentliyinin məlumatına görə, İran prezidenti Həsən Ruhani hələ fevral ayının 15-də ölkəyə koronavirusun dördüncü dalğasının yaxınlaşdığı barədə bəyan etmişdi. Onun sözlərinə görə, İranın cənub-qərbində yerləşən bir sıra şəhərlərdə koronavirus böyük sürətlə yayılır. Pandemiya dövründə İranda 1,5 mln. yoluxma halı qeyd edilib, xəstələrdən 60 min nəfəri vəfat edib. Bu ölkədə COVİD-19-a görə vaksinasiya fevral ayından başlanıb”.
Həkim qeyd edib ki, Honkonqda koronavirusa qarşı yeni məhdudiyyətlər tətbiq edilib. Honkonq Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, şəhər xəstəliyin yeni – dördüncü dalğası ilə qarşılaşıb: “İspaniyanın baş həkimi Fernando Simon da dördüncü dalğanın başlanacağını ehtimal edib. İspaniyanın La Razon nəşrinin məlumatına görə, bu ölkədə yoluxmanın yeni pik nöqtəsi mayın 9-a düşəcək.
Rusiyada da koronavirusdan həyatını itirənlərin sayı dördüncü dalğanın başlanmasından xəbər verir. ABŞ-da koronavirusa yoluxmanın yeni sıçrayışı müşahidə olunub: ötən həftə gündəlik yoluxma sayı 70 min nəfər, vəfat edənlərin sayı 2 minə qədər olub. ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin rəhbəri Roşel Valenski bildirib ki, aşkar olunan yeni ştammlar xalqlarımız və tərəqqimiz üçün real təhlükədir”.
T.Əliyeva vurğulayıb ki, mütəxəssislərin fikrincə, virus artıq bir neçə dəfə mutasiya edib: “Amma onun ən yoluxucu hesab edilən Britaniya, Cənubi Afrika və Braziliya ştammları daha təhlükəlidir. Amerika virusoloqları hesab edir ki, ABŞ yeni – dördüncü dalğanın astanasındadır və mövcud vaksinlər hələ ki, bu dalğaya qarşı effektivdir. Hazırda səhiyyənin qarşısındakı əsas vəzifə - vaksinasiya prosesini sürətləndirməkdir.
Hələ ötən ay, fevralın 15-də Türkiyəli həkim Şenol Atakan mutasiya olunmuş virusun səbəb olduğu yoluxma sayının artması ilə mart ayında yenidən alovlanma ola biləcəyindən narahatlığını bildirmişdi. O, mutant virusun daha yoluxucu və müqavimətli olduğunu açıqlamışdı. Şenol Atakan yenə də gigiyena, məsafə və maska qaydalarına ciddi əməl etmək lazım olduğunu vurğulamışdı. O mart ayında yenidən rekord göstəricilər qeydə alınacağını demişdi.
Türkiyəli həkimin dedikləri özünü doğrultdu. Ona görə də bir həkim kimi tövsiyəm budur ki, karantin qaydalarına ciddi riayət edin. Koronavirusun dördüncü dalğasından heç bir ölkə sığortalanmayıb. Vaxtında peyvənd olunmaq sizi virusdan qoruyacaq yeganə effektiv vasitədir. Gigiyenik qaydalara riayət etməklə və peyvənd olunmaqla özünüzü və əzizlərinizi bu təhlükəli xəstəlikdən – COVİD-19-dan qoruya bilərsiniz”/APA.
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkının yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi
Elmi işçilərin maaşı artırıldı - 50 FAİZ
BƏƏ İran vətəndaşlarına qadağa qoydu - XƏBƏRDARLIQ
İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirib - Yanacaq anbarı sıradan çıxarılıb
Bakıda kişi və arvadı dəm qazından ölüb
Azərbaycan neftininin qiyməti 132 dolları ötdü
Məzahir Pənahovun oğlu məhkəmədə uduzub
DÇ-2026: tarixi məğlubiyyət - İtaliya penaltilərlə uduzdu
Tehran, Əhvaz və Kərəcə zərbələr endirilib