"CNN Türk"də "Qarabağda 44 gündə nələr yaşandı?" adlı sənədli film yayımlandı - VİDEO

img

28-03-2021 [16:09]


CNN Türk telekanalında "Qarabağda 44 gündə nələr yaşandı?" adlı sənədli film nümayiş olunub.

Kanalın müxbiri Fulya Öztürkün müəllifi olduğu sənədli filmdə Azərbaycan Ordusunun işğal altında olan torpaqların azad olunması uğrunda həyata keçirdiyi əks-hücum əməliyyatından bəhs edilir.

Ekran əsərində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin 44 gün davam edən Vətən müharibəsi dövründə dünyaya ünvanladığı mesajlar yer alıb.

Həmçinin filmdə Ermənistanın cəbhə xəttindən kənarda yerləşən Azərbaycan şəhərlərini raket zərbələri ilə bombalaması və günahsız insanların qətlə yetirilməsindən söz açılıb.

Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA