İRAN-ÇİN ARASINDAKI 25 İLLİK ANLAŞMANIN GİZLİ MƏQAMLARI: növbəti "Soyuq savaş"a əsas verən strateji saziş dünyanı silkələyəcək - Təhlil
GÜNDƏM
27.03.2021, 19:27
Xəbər verildiyi kimi, İranla Çin arasında “Əhatəli strateji tərəfdaşlıq” haqqında 25 illik müqavilə imzalanıb.
Məlumata görə, sənədi Tehranda səfərdə olan Çinin xarici işlər naziri Van İ və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif imzalayıb.
Bəs, bu 25 illik müqavilədə nələr yer alıb və bu, bizim bölgəmizə nələr vəd edir?
Mia.az Azərbaycanın qonşusunun imzaladığı uzunmüddətli müqavilənin ölkəmizi də yaxından maraqlandırdığını nəzərə alaraq, mövzu ilə bağlı Hakkı Uyğurun hələ bir müddət əvvəl "TRT farsca"da dərc olunan maraqlı məqaləsini tərcümə edib.
Həmin məqalənin Azərbaycan dilinə tərcüməsini olduğu kimi təqdim edirik:
***
Bu günlərdə İranda və dünya mətbuatında İran və Çinin 25 illik strateji bir anlaşma üzərində çalışdıqlarına dair çeşidli xəbər və şərhlər yayılır.
Siyasi, hərbi və iqtisadi qolları olan Anlaşmanın qüvvəyə minməsi halında, ikili və regional münasibətlərə dərin təsirləri olacağı xüsusi vurğulanır.
Anlaşma ilə bağlı xəbərlərin daha çox İran mediasında yer alması və iranlı yüksək vəzifəlilərin şərhlərinin qabarıq görünməsi, buna qarşı Çin mətbuatının və səlahiyyətlilərinin bu ana qədər konkret açıqlama verməmələri diqqətdən qaçmır..
Qərb xəbər qaynaqları tərəfindən əldə olunan İran-Çin anlaşmasının maddələrinə keçmədən əvvəl, həmən hər məsələdə ikiyə bölünən İran siyasi toplumu və səlahiyyətli şəxslərinin Çinlə anlaşma məsələsində fikir birliyi içində olduğu ifadə edilməlidir.
Misal olaraq, rəqib qanad tərəfindən tez-tez Qərbçiliklə ittiham olunan Prezident Həsən Ruhani hökûməti və Xarici işlər naziri Cavad Zərif Çinlə anlaşmanın vacib tərəflərindən, o cümlədən iddiaların əksinə, Anlaşmanın heç bir gizli maddəsi olmadığı yönündə ısrarçıdırlar. Yenə qarşı qanadda yer alan ölkə lideri Ayətullah Xamneinin iqtisadi məsələlər üzrə müşavirlərindən Ağa Məhəmmədi qatıldığı bir televiziya proqramında İranın beynəlxalq sərmayəyə ciddi ehtiyacı olduğunu qeyd edərək, Çinlə anlaşmanı xüsusi müdafiə edib. Bir sözlə, söhbət gedən Anlaşma və Çinlə strateji əlaqələr qurma məsələsində İrandakı bütün qrupların ortaq mövqedə olduqları aydın görünür.
Qərb qaynaqlarına görə, Anlaşmaya əsasən, İrana yatırılacaq 400 milyard dollar sərmayə ölkənin ən vacib strateji sahələrini əhatə edəcək. Belə ki, Çin sərmayəsi İranın kənd təsərrüfatından enerjiyə, daşımaçılıqdan rabitəyə qədər mütləq əksər sahələrini "qucaqlayacaq". Başqa sözlə desək, bu Anlaşma Çinin İranın demək olar ki, bütün bazarlarında böyük rola sahiblənməsinə imkan verəcək.
Belə ki, 25 il müddətində İrandan güzəştli, ucuz enerji resursları alacaq Çin, eyni zamanda, ölkənin bir çox strateji dəniz və hava limanının işlətmə hüququna da sahiblənəcək. Bundan əlvaə, Pekin sərmayəsi ilə Pakistandan ta Livana qədər uzanan dəmir yolları da inşa ediləcək. Və ən əsası isə təsdiqlənməyən iddialara görə, Çin İranın hərbi sahələrinə də nüfuz edəcək, sayı minlərə çatacaq hərbi varlığını qurub yaradacaq...
Çinin ABŞ-la olan gərginliyə görə, bu ana qədər hər hansı bir məsələdə Vasinqtonla birbaşa qarşı-qarşıya qalmağa yol aça biləcək addım atmadığı bəllidir. Unutmayaq ki, ABŞ-a görə İranın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünə icazə verməyən Pekin, eyni zamanda, ABŞ sanksiyalarından çəkinərək Tehrandan neft alışını önəmli ölçüdə azaltmışdı.
İndisə Çinin ABŞ-ın maksimum təzyiqi altında olan ölkə ilə belə geniş və straterji formatlı anlaşma imzalaması ABŞ-Çin münasibətlərində çox ciddi bir dönüş nöqtəsi yaradacaq. Anlaşmanın irəli sürülən maddələr çərçivəsində həyata keçiriləcəyi təqdirdə, bunun ABŞ-la Çin arasındakı "Soyuq savaş"ın daha sərt formatda cərəyan edəcəyinə stimil verəcəyi şübhə doğurmur.
Unutmayaq, tarixin dərin cilvəsi olaraq ABŞ-SSRİ arasındaki "Soyuq savaş" 2-ci Dünya müharibəsindən sonra İrandaki hərbçilərini geri çəkmək istəməyən sovetlər və buna qarşı çıxan ABŞ arasında İrana görə başlamış və 45 il davam etmişdi.
Budəfəki "Soyuq savaş"a yenəmi İran səbəb olacaq?
Digər maraqlı məqamlardan biri də Tehran rəhbərliyinin xüsusiylə xaricdəki müxaliflərinin “Türkmənçay-2”, ya da “Çağdaş Kapitülasiya Anlaşması” deyərək, qarşı çıxdığı Anlaşmaya müsbət yanaşmasıdır. Bunın da anlaşılan səbəbləri var. Belə ki, nüvə çalışmalarından geri çəkilərək 2015-ci ildə ABŞ, Böyük Britaniya, Fransa, Çin, Rusiya və Almaniya ilə imzalanan 5+1 sazişindən ABŞ-ın çıxmasıyla xəyal qırıqlığına uğrayan Tehran ənənəvi olaraq özünə yaxın saydığı Avropa paytaxtlarından da istədiyi maddi gözləntiləri ala bilmədi.
Üstəlik, ABŞ-ın artan təzyiqi nəticəsində milli valyutası uçuruma yuvarlandı, ölkənin bütü sahələr üzrə iqtisadi göstəriciləri iflasa doğru sürətli yol aldı. Xatırlayırsınızsa, hələ ötən il Həsən Ruhani iflasa diqqəti çəkərək, “İxracatçılar 20 milyard dolları ölkəyə gətirmədilər, artıq prokurorluq meydana girəcək”, - deyə açıqlama verməklə, zor-bəla ilə həyata keçirilən xarici ticarətdən əldə olunan qazancın da ölkəyə girmədiyini açıq dilə gətirmişdi...
Belə bir vəziyyətdə təcili xarici qaynağa ehtiyac duyan Tehranın maliyyə tələblərini Rusiyanın qarşılaması mümkün olmadığından, geriyə tək seçim Çin qalırdı. Tarixi yaddaşlarda xarici gücləri bir-biriylə tarazlaşdırma cəhdlərinin nəticəsiz örnəklərini özündə birləşdirən ölkə bütün ehtiyatlara rəğmən, Çindən başqa bir çıxış yol görmür.
Əlbəttə, bu ana qədər Anlaşma ilə bağlı səssiz qalan Çin rəhbərliyi belə bir iddialı anlaşmanın ciddi regional nəticələri olacağını bilir.
Beləliklə, indi əsas maraq budur: Pakistanla da strateji işbirliyi içində olan Çinin İran və təsiri olduğu digər ölkələr üzərindən Qərbi Asiya bölgəsində böyük nüfuz qazanmasına ABŞ necə qarşılıq verəcək?
Əlbəttə, bunu tezliklə zaman göstərəcək.
MİA.AZ
Dİgər xəbərlər
Bugün, 12:10
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib
SON XƏBƏRLƏR
-
TFF Okan Buruka 1, Uqoçukvuya isə 2 oyunluq cəzanı təsdiqlədi
Bugün, 20:12 İDMAN
-
Mərkəzi Hakimlər Komitəsinin sədrinin səs yazısı yayıldı
Bugün, 19:53 İDMAN
-
"Beşiktaş" "Kocaelispor" matçına hazırlaşır
Bugün, 19:42 İDMAN
-
"Olimpik Marsel" gənc oyunçusunun müqaviləsini uzadıb
Bugün, 19:24 İDMAN
-
Ferran Torres zədə səbəbindən İspaniya millisindən çıxarılıb
Bugün, 18:52 İDMAN
-
Avropa Trampın təhdidinə boyun əydi: 50 milyon barel dizel ehtiyatı satışa çıxarıldı
Bugün, 18:44 İQTİSADİYYAT
-
“Azərbaycanda ictimai səhiyyə: müasir çağırışlar və gələcək hədəflər” mövzusunda elmi-praktik konfrans keçirilib - FOTOLAR
Bugün, 18:28 CƏMİYYƏT
-
Qana milli komandası baş məşqçisi ilə yollarını ayırdı
Bugün, 18:17 İDMAN
-
"Türkiyə gözəli" indi Qocalar evində yaşayır: "Kaş ki, o günlər olaydı..." - FOTOLAR
Bugün, 18:09 MƏDƏNİYYƏT
-
"Musa Musayev DSK sədridir, o, partiyada necə vəzifə tuta bilərdi ki?" - Sabiq deputatla bağlı yayılan xəbər yalan çıxdı
Bugün, 18:01 SİYASƏT
-
122 metr hündürlüyündə saray saldı: helikopter dayanacağı və... - Ancaq köçmədən üzərinə həbs qoyuldu + FOTOLAR
Bugün, 17:49 DÜNYA
-
Hafiz Paşayev "CAMCA Forum 2026" mükafatı ilə təltif edilib
Bugün, 17:47 SİYASƏT
-
Siqaret qaçaqmalçılığında təqsirləndirilən şəxslər ev dustaqlığına buraxılıb
Bugün, 17:45 KRİMİNAL
-
82 yaşlı Hacıbala Abutalıbov suallardan qaçdı - VİDEO
Bugün, 17:24 SİYASƏT
-
Sahibkarlar və şirkətlər üçün KSM üzrə seminarlar başa çatıb - Biznes nümayəndələrinin KSM sahəsindəki real ehtiyacları və təklifləri qeydə alınıb (FOTOLAR)
Bugün, 17:09 İQTİSADİYYAT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
İlham Əliyevin yeni mesajlarından çıxan nəticələr... - TƏHLİL
Bugün, 16:53 SİYASƏT
-
Vasif Talıbov və keçmiş deputatlara etimad göstərilmədi - YAP-ın İdarə Heyəti və Təftiş Komissiyasının yeni tərkibi bəlli oldu + SİYAHI
Bugün, 16:49 SİYASƏT
-
SAHİL BABAYEVİN I MÜAVNİ YENİ VƏZİFƏYƏ SEÇİLDİ
Bugün, 16:45 İQTİSADİYYAT
-
Xocalı Soyqırımı Memorial Kompleksi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi
Bugün, 16:19 MƏDƏNİYYƏT
-
Bölgələrə yağış yağır
Bugün, 16:15 GÜNDƏM
-
PREZİDENT YAP-ın QURULTAYINDA SƏRT MESAJLAR VERDİ: "Hərə getsin öz xalqına, dövlətinə gün ağlasın" - "Özümüzü ideoloji təxribatlardan qorumalıyıq" + FOTOLAR (YENİLƏNİR)
Bugün, 16:03 GÜNDƏM
-
"Aqrar sahə haqqında" layihədə nələr olacaq? - Prezident İlham Əliyevin təşəbbüsü ilə fəsil, 28 maddədən ibarət qanun hazırlanıb (YENİLƏNİB)
Bugün, 15:57 İQTİSADİYYAT
-
Prorektor vəzifədən çıxarıldı, yerinə professor gətirildi
Bugün, 15:46 CƏMİYYƏT
-
Fərid Nadirov müşavir təyin olundu
Bugün, 15:33 İQTİSADİYYAT
-
Sabiq nazir "Şərəf" ordeni ilə təltif edilib - SƏRƏNCAM
Bugün, 15:31 GÜNDƏM
-
İran İraqı iki ölkə arasında uçuşları bərpa etməyə çağırdı
Bugün, 15:14 DÜNYA
-
Deputat: "Pensiyalarn növbəti dəfə indeksləşdirilməsi diferensial həyata keçiriləcək"
Bugün, 15:06 İQTİSADİYYAT
-
"Öz sidiyimizi içdik, ağac qabığı yedik" - Əsir götürülmüş rus əsgərləri elə etiraflar elədi ki...
Bugün, 14:49 GÜNDƏM
-
PUTİN "ƏN GÜCLÜ SİLAHLAR BİZDƏDİR" DEDİ, QƏRBİ TƏHDİD ETDİ: "Əgər hücum etsəniz, dərhal sizi çox ağır şəkildə vuracağıq"
Bugün, 14:25 GÜNDƏM
-
AzTV-nin keçmiş aparıcısı “Qocalar evi”ndə yaşayır
Bugün, 14:19 PRESS
-
Mərkəzi Bankın Baş direktor vəzifəsinə təyinat olub
Bugün, 14:06 İQTİSADİYYAT
-
Marneulidə 13 yaşlı azərbaycanlı əkiz uşaq doğub - Cinayət işi açıldı
Bugün, 13:57 CƏMİYYƏT
-
Sumqayıtda məktəbdə şagirdlər zəhərlənib - AÇIQLAMALAR (YENİLƏNİB)
Bugün, 13:37 CƏMİYYƏT