Kürd lider həbsdən buraxılır - Ərdoğan "Məhkəmə hansı qərarı veribsə, o da olacaq" deyir

img

05-11-2025 [15:53]


Türkiyədə fəaliyyəti dayandırılmış HDP adlı keçmiş siyasi partiyanın həmsədri olmuş Səlahəddin Demirtaş sərbəst buraxılacaq.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Avropa İnsan Haqları Məhkəməsi (AİHM) qərar versə də, rəsmi Ankara illərdir icranı yubadırdı.

Bu gün Prezident Rəcəb Tayyib Ərdoğana AİHM-in Səlahəddin Dəmirtaşın həbsi ilə bağlı hüquq pozuntuları və onun azadlığı ilə bağlı qərarı barədə suala cavab verib: "Bu ölkə məhkəmə ölkəsidir. Məhkəmə nə deyirsə, o da olacaq".

Xatırladaq ki, Səlahəddin Dəmirtaş 2016-cı ildə "Kobani hadisələri" ilə bağlı ölkədə iğtişaa liderlik etməkdə günahlandırılıb və  42 il həbs cəzasına məhkum olunub. O, iğtişaşlarda ölən 46 nəfərə görə cavabdeh göstərilib.

Firudun Səfərli

MİA.AZ
 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:40 05.11.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA