"Çətin peşənizdə yeni-yeni nailiyyətlər arzulayıram" - Baş Prokurorluq

img

28-12-2013 [12:39]



Baş Prokurorluğun mətbuat xidməti 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə Azərbaycan jurnalistlərini təbrik edib.  

Xidmətin rəhbərliyi Eldar Sultanovun imzası ilə yayılmış təbrikdə deyilir: "Baş Prokurorluğun mətbuat xidmətinin kollektivi adından səmimi-qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, şərəfli, eyni zamanda çətin peşənizdə yeni-yeni nailiyyətlər arzulayıram. 

Ümidvaram ki, növbəti ildə də əvvəlki dövrlərdə olduğu kimi səmərəli fəaliyyət göstərəcək, ictimaiyyətin informasiya ehtiyaclarının təmin olunması yolunda bütün güc və bacarığınızı sərf edəcəksiniz. Bu yolda Sizlərə uğurlar diləyirəm".

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA