Rusiya koronavirus əleyhinə üçüncü vaksinin istehsalına başlayıb

img

25-03-2021 [13:05]


Bu gündən Rusiyanın koronavirus əleyhinə üçüncü vaksini olan KoviVakın rəsmi istehsalına başlanılıb.

Məlumata görə, Çumakov adına Mərkəz tərəfindən yaradılan KoviVak peyvəndinin istehsalına startı nazir Valeriy Falkov verib.

Beləliklə, üçüncü Rusiya istehsalı vaksin mülki dövriyyəyə buraxılıb 

Kovivak vaksini bu ilin fevral ayında dövlət qeydiyyatından keçib.

Qeyd edək ki, ötən ilin avqustun 11-də Rusiya dünyada koronavirus əleyhinə Sputnik V adlanan ilk peyvəndi dövlət qeydiyyatından keçirib. Ötən ilin payızında isə Rusiyada koronavirus əleyhinə ikinci peyvənd, EpiVakkorona dövlət qeydiyyatından keçib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA