İraqda İŞİD-in 27 terrorçusu məhv edilib

img

24-03-2021 [23:30]


İraqın Silahlı Qüvvələrinin komandanlığı ölkənin böyüklüyünə görə ikinci şəhəri olan Mosulun yaxınlığındakı dağlıq Maxmur rayonunda İŞİD terror təşkilatının 27 silahlısının məhv edildiyini bildirib.

“Anadolu” agentliyi xəbər verir ki, artıq iki həftədir davam edən əməliyyatda İŞİD-lə mübarizə üzrə Beynəlxalq koalisiya qüvvələrinin helikopterləri, təyyarələri və İraqın Hərbi Hava Qüvvələri cəlb olunub.

İraqın Silahlı Qüvvələrinin mətbuat katibi general Yəhya Rəsul bildirib ki, öldürülmüş terrorçuların sayı son deyil, çünki hava zərbələrindən sonra dağıntılar altından bütün silahlıların meyitləri çıxarılmayıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA