Paşinyan: "Onlar bunun lehinə səs verməyəcəklər, amma qarşı da çıxmayacaqlar”

img

24-03-2021 [18:21]


Ermənistanda iqtidarda olan “Mənim addımım” koalisiyası bu il iyunun 20-də nəzərdə tutulmuş növbədənkənar parlament seçkilərinədək proporsional sistemə keçməklə bağlı Seçki Məcəlləsinə müvafiq dəyişiklik etmək niyyətindədir.

Bu barədə parlamentdəki hökumət saatı zamanı baş nazir Nikol Paşinyan bildirib.

“Biz parlamentdə “Parlaq Ermənistan” və “Firavan Ermənistan” qrupları ilə siyasi məşvərətlər keçirərək erkən seçkilərə getmək qərarına gəldik. Həmkarlarımız Seçki Məcəlləsini dəyişdirib tamamilə proporsional sistemə keçməyimizə qarşı çıxmayacaqlarını bildirdilər və biz də bunu etmək fikrindəyik. Yəni onlar bunun lehinə səs verməyəcəklər, amma qarşı da çıxmayacaqlar”, – hökumət başçısı qeyd edib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA