Paşinyan yeni qərargah rəisini ordu rəhbərliyinə təqdim etdi: “Əminəm ki, Silahlı Qüvvələr siyasi proseslərdə iştirak etməyəcək”

img

22-03-2021 [14:38]


“Əminəm ki, Silahlı Qüvvələr siyasi proseslərdə iştirak etməyəcək”.

Bunu Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisi, general-leytenant Artak Davtyan söyləyib.

Məlumata görə, bu gün Nikol Paşinyan onu ali hərbi rəhbərliyə təqdim edib.

Xatırladaq ki, martın 10-da Ermənistan Baş naziri Nikol Paşinyan Artak Davtyanın Silahlı Qüvvələrin Baş Qərargah rəisi təyin edilməsi haqqında Ermənistan Prezidenti Armen Sarkisyana vəsatət təqdim edib. Martın 22-də Ermənistan Prezidentinin bu təyinatı Konstitusiya Məhkəməsində mübahisələndirmək müddəti başa çatdığına görə A.Davtyan Baş Qərargah rəisi vəzifəsini icra etməyə başlayıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA