Bayden: "Kamala Harris məndən daha ağıllıdır"

img

20-03-2021 [22:52]


ABŞ prezidenti Cozef Bayden bildirib ki, Birləşmiş Ştatların vitse-prezident Kamala Harris ondan daha ağıllıdır.

Məlumata görə, Cozef Bayden bunu Atlantada Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Mərkəzdə deyib.

Kamala Harrisi təqdim edən ABŞ rəhbəri bir sıra suallara cavablandırarkən vitse-prezidenti yüksək qiymətləndirib.

"Buna heç bir əlavəm yoxdur, cənab prezident", - Harris cavabında deyib.

Qeyd edək ki, Bayden daha əvvəl Kamala Harrisi ABŞ prezidenti adlandırıb. Belə ki, ABŞ prezidenti ictimaiyyət qarşısında çıxışı zamanı Birləşmiş Ştatların vitse-prezidentinə dövlət başçısı deyib.

Əgər 78 yaşlı Cozef Bayden səlahiyyətlərini vaxtından iki il və ya daha çox müddət əvvəl başa vurmalı olsa, onda ABŞ-da dövlət başçısı vəzifəsini vitse-prezident icra edəcək/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA