Gürcüstanın keçmiş ədliyyə naziri yeni hökumətdə təmsil olunacaq

img

19-03-2021 [18:45]


Tea Tsulukiani Gürcüstanın mədəniyyət, idman və gənclər naziri təyin olunub.

Bu barədə ölkənin baş naziri İrakli Qaribaşvili sərəncam imzalayıb.

T.Tsulukiani vəzifəsini martın 22-dən etibarən yerinə yetirməyə başlayacaq.

Hökumət başçısının digər sərəncamı ilə Mixeil Çxenkeli təhsil və elm naziri vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, T.Tsulukiani 2012-ci ildən 2020-ci ilin oktyabr ayınadək Gürcüstanın ədliyyə naziri olub. O, ötənilki parlament seçkilərində deputat seçilmişdi./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA