Ərdoğan Putini müdafiə etdi: "Baydenin sözləri qəbuledilməzdir" - "Putin çox ağıllıca lazım olanı edib”

img

19-03-2021 [15:16]


“Bu, dövlət başçısına yaraşmayan ifadədir. Bir prezidentin durub Rusiya kimi dövlətin başçısı haqqında belə bir ifadə istifadə etməsi qəbuledilməz, həzmolunmazdır”.

Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

“Fikrimcə, cənab Putin çox ağıllıca lazım olanı edib”, - R.T.Ərdoğan vurğulayıb.

Qeyd edək ki, martın 17-də ABŞ prezidenti Cozef Bayden Vladimir Putini “qatil” adlandırıb. Ötən gün Rusiyanın dövlət başçısı V.Putin ona cavabında “Adımı sənə qoyum, səni yana-yana qoyum” deyib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA