Şeyx Fransa səfiri ilə görüşdə: "Bir əlində xaç, bir əlində avtomat din xadiminə yaraşmaz”
19-03-2021 [13:39]
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zakari Qrossu qəbul edib.
QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, QMİ sədri A. Paşazadə Azərbaycanda müxtəlif din nümayəndələrinin dostluq, qardaşlıq, qarşılıqlı anlaşma mühitində yaşamalarını böyük nemət kimi dəyərləndirdiyini və ölkəmizin xristian dünyası ilə əlaqələrinin dərinləşməsini müsbət hal kimi qeyd edib.
A. Paşazadə Azərbaycanda dinlər və məzhəblər arasında mövcud yüksək səviyyəsinin təmini və davamlılığında dövlət siyasətinin, şəxsən ölkə rəhbərinin səy və fəaliyyətinin böyük rolu olduğunu vurğulayıb. O, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərdən sonrakı müddətdə Azərbaycanla Fransa arasında münasibətlərdə müsbət meyllərdən məmnunluğunu qeyd edib. QMİ sədri bildirib ki, Azərbaycanın beynəlxalq hüquq çərçivəsində öz torpaqlarını işğaldan azad etmək uğrunda ədalətli mübarizəsinin bəzi dairələr tərəfindən dünyaya qərəzli şəkildə xristianlarla qarşıdurma kimi təqdim edilməsi iftiradan başqa bir şey deyil.
QMİ sədri bu təbliğatın daha çox Erməni Apostol kilsəsi tərəfindən aparıldığına təəssüf etdiyini deyib. A. Paşazadə birmənalı şəkildə vurğulayıb ki, bir əlində xaç, bir əlində avtomat işğalçı müharibə təbliğatı aparmaq din xadimlərinə yaraşmaz. Erməni dini liderləri ilə 1988-ci ildən başlayaraq dəfələrlə şəxsən görüşdüyünü qeyd edən A. Paşazadə Ümumdünya Kilsələr Şurası, Rus Pravoslav Kilsəsi, Gürcü Pravoslav Kilsəsinin vasitəçiliyi ilə baş tutmuş görüşlərin nəticəsi olaraq imzaladıqları birgə bəyannamələrdə münaqişənin dini səciyyə daşımadığının təsbit olunduğunu diqqətə çatdırıb: “Bu baxımdan, erməni kilsəsinin bu gün ermənilərin xristian olduqlarına görə sıxışdırılmaları barədə yalanlar yayması, işğal etdikləri ərazidən çıxarılmalarını guya öz ərazilərindən qovulmaları kimi təbliğ etmələri saxtakarlıq və dünya ictimaiyyətini aldatmaqdır. Beynəlxalq hüquqa zidd işğal və təcavüzlərini, törətdikləri terror və vandalizm hallarını ört-basdır etməyə çalışan erməni kilsəsi ümumxristian həmrəyliyinə nail olmaq, din qardaşlarının dəstək və yardımından sui-istifadə etmək niyyəti ilə Azərbaycanda guya xristian dini abidələrinə təhlükə mövcud olduğunu iddia edir. Əslində isə ermənilər Azərbaycanın işğal altında 30 ilə yaxın işğalda saxladığı ərazilərində minlərlə müsəlman məscid, ziyarətgah və qəbiristanlıqlarını, xristian, qədim alban, yəhudi məbədlərini dağıdıblar”.
QMİ sədri bölgədə sülh naminə erməni kilsəsinin qarşılıqlı anlaşma, dinc yanaşı yaşama prinsiplərini təbliğ etməli olduqlarını fransalı səfirin diqqətinə çatdırıb. Xüsusi vurğulayıb ki, xalqlar arasında davamlı sülh üçün erməni kilsəsi nifrət çağırışlarından birmənalı şəkildə imtina etməlidir.
Şeyxülislam A. Paşazadə yada salıb ki, MDB Dinlərarası Şurasının həmsədri kimi Katolikos II Qaregini II Bakı Sammitində iştirak üçün Azərbaycana dəvət etmişdi və erməni dini lideri Bakıda şəhərin ən mərkəzi yerində bərpa olunaraq abad şəkildə qorunan erməni kilsəsini şəxsən ziyarət edib, burada ölkəmizdə yaşayan erməni əsilli vətəndaşlarımızla görüş keçirmiş, erməni dilində kitabların qorunub saxlanıldığı kitabxana ilə tanış olmuşdu. Buradakı təəssüratlarından heyranlığını gizlətməyən dini liderin indi azərbaycanlıları qeyri-tolerantlıqda qınamağı yersizdir. Monoetnik Ermənistandan fərqli olaraq multikultural Azərbaycanda müxtəlif millət və dinlərin nümayəndələri mehribanlıq, qarşılıqlı ehtiram və anlaşma şəraitində əsrlərlə dinc yanaşı yaşayırlar. Azərbaycanın dövlət rəhbərinin siyasi iradəsi bundan ibarətdir ki, erməni vətəndaşlarımız da bizimlə birlikdə əmin-amanlıqda yaşaya bilərlər.
Öz növbəsində, fransalı səfir Azərbaycanda mövcud dinlərarası səmimi münasibətlərin, məzhəblərarası qarşılıqlı ehtiram mühitinin təkcə Qafqaz bölgəsi üçün deyil, Avropa məkanı, o cümlədən, Fransa üçün böyük maraq və əhəmiyyət kəsb etdiyini vurğulayıb. Azərbaycanın dinlərarası harmoniya modelinin Fransada təşviqi baxımından postpandemiya dövründə bu mövzuda tədbirlərin vacibliyinə diqqəti çəkən Z. Qross səfirlikləri tərəfindən bu işə hərtərəfli təşkilati dəstək verəcəklərini vurğulayıb.
A. Paşazadə rəhbərlik etdiyi QMİ nəzdində Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Mərkəz xətti ilə bu günədək həyata keçirdikləri təşəbbüs və tədbirlər barədə səfir Z. Qrossa ətraflı məlumat verib və yaxın gələcəkdə Fransa ilə də dini-mənəvi əlaqələr müstəvisində münasibətlərin yüksək səviyyəsi üçün səy göstərəcəklərini, dinlərarası əməkdaşlıq yönündə əməli fəaliyyətdən məmnun olacaqlarını bildirib.
Arda Turanın tələbi rədd edildi - UEFA-dan qərar
İrana hücum: itkilərlə bağlı son statistika açıqlandı
İlin ilk Ay tutulması başlayıb
"Əməkdaşlar gəlib baxırdılar, lakin tədbir görülmürdü" - "Azərsu"nun qaynar xəttinə 3 dəfə zəng etmişəm, lakin bir nəticəsi olmayıb"
Sabah yağışlı hava olacaq - Proqnoz
ALİ MƏHKƏMƏ DAHA BİR MƏSƏLƏ BARƏDƏ VAHİD QƏRAR VERDİ - Detallar
İranda hərbi baza vurulub - On üç əsgər həlak olub
İlham Əliyev Avropa Komissiyasının komissarını qəbul edib - FOTOLAR
ABŞ Qətər, İordaniya, İraq, Bəhreyn və Küveytdəki diplomatlarını çıxarır - Qərar verildi
Kanada qorxuya düşdü - Ər-Riyaddakı səfirlik qapadıldı
İSRAİL QOŞUNU LİVANA GİRDİ: "Strateji əraziləri ilhaq edəcəyik" - Hizbullah əks hücum vədi elan etdi
Tibbi Yardım Stansiyasında qalmaqal - VİDEO
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
Səbinə Əliyeva deputatlara hesabat verib
"Heç kimin bostanına daş atmamışam" - Aparıcı Vüsalə Əlizadə verilişinin bağlanmasına reaksiya
Türkiyə ordusunda FETÖ-yə qarşı əməliyyat: 22 nəfər saxlanılıb
Naxçıvanda mediaya nəzarət aparat rəhbərinə tapşırılıb: "Ora ilə bağlı hər hansı bir sual olmamalıdır”
"TikTokda" paylaşımlar edən daha bir nəfər həbs olunub
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında - VİDEO, FOTOLAR (YENİLƏNİR)
Azərbaycan nefti 7 dollar qalxdı - Neftimiz 80 dollara satılır
İsrail Ordusu Beyrutda telekanal binasını vurub
İrandan Hörmüzlə bağlı xəbərdarlıq: "Boğazdan keçməyə can atan gəmilər və neft kəmərləri məhv ediləcək"
ABŞ hərbçiləri Pakistanda etirazçıları atəşə tutub
SEPAH: "Bəhreyn, BƏƏ və Küveyti deyil, oradakı ABŞ bazalarını vururuq" - ABŞ bazalarındna biri tam məhv edilib?
Ayətullah Ərəfi: "Yeni dini lider seçilənə qədər..."
İran Qətərə yenə zərbə endirib - Dohada güclü partlayışlar olub
RUSİYANIN SABİQ PREZİDENTİ AVROPANI TƏHQİR ETDİ, 3-CÜ DÜNYA SAVAŞI MESAJI VERDİ "Əgər Tramp belə davam etsə..."
Misirdən İrana çağırış: "Ərəb ölkələrinə hücumları dayandırın!"
"MƏNİ SORĞU VƏ SEÇKİ MARAQLANDIRMIR" - Trampdan İrana hücumla bağlı yeni açıqlamalar
Pezeşkiandan ABŞ və İsrailə mesaj: "İran səssiz qalmayacaq və..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Cənub Qaz Dəhlizi Məşvərət Şurası iclasları keçiriləcək
Ərdoğan İrana hücumdan danışdı: "Biz qan tökülməsinin, göz yaşlarının dayanmasını və..."
Ramazanın 13-ci gününün duası: imsak və iftar vaxtı
İranın nüvə obyektləri bombalanıb
Dövlət Agentliyinin kollegiyasının tərkibi təsdiqləndi - Qərar
Xadimələr belə, ixtisara salınır, ancaq şirkət prezidenti və... - Komitə sədri SOCAR-dakı "baş-ayaq" kadr siyasətindən elə faktları sadaladı ki...
Böyük Britaniya Azərbaycana yeni səfir təyin edib
"QatarEnergy" LNG istehsalını dayandırdı
ABŞ İran hücumlarında 4 hərbçini itirib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabah 2026-cı ilin ilk Ay tutulması olacaq