AXCP fəalları ilə "Azadlıq"ın əməkdaşı da azadlığa çıxdı

img

18-03-2021 [16:43]


Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) funksioneri Babək Həsənov və partiyanın gənc fəalı Orxan Baxışlı əfv edilib.

Mia.az xəbər verir ki, Prezident İlham Əliyevin martın 18-də imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamında onun da adı var.

Qeyd edək ki, O.Baxışlı Bakı Ağır Cinayətlər Məhkəməsinin 2018-ci il 18 sentyabr tarixli hökmü ilə 6 il, B.Həsənov isə həmin məhkəmənin 2019-cu il 27 fevral tarixli hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.

Onlarla yanaşı, "Azadlıq" qəzetinin həbsdə olan bölgə müxbiri Elçin İsmayıllı əfv olunub. O, cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Qeyd edək ki, İsmayıllı Elçin Səməd oğlu Şəki Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 18 sentyabr tarixli hökmü ilə 9 il müddətinə məhkum edilib. O, Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə təqsirli sayılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR