Rufulla Axundzadə əfv olunub

img

18-03-2021 [16:32]


Rəsmi qeydiyyatda olmayan Azərbaycan İslam Partiyasının (AİP) həbsdə olan üzvü Rufulla Axundzadə əfv olunub.

Mia.az xəbər verir ki, o, Prezident İlham Əliyevin martın 18-də imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamı ilə əfv edilib.

Beləliklə, R.Axundzadə cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Qeyd edək ki, Axundzadə Rufulla Höccət oğlu, 1955-ci ildə anadan olub. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2011-ci il 7 oktyabr tarixli hökmü ilə 11 il 6 ay müddətinə məhkum edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA