Zakir Həsənovun işdən çıxardığı mayor İTV-də

img

27-12-2013 [11:49]


İctimai Televiziya və Radio Yayımları şirkətinə növbəti transfer AZTV –dən deyil, Müdafiə Nazirliyindən olub.

Zakir Həsənovun Müdafiə naziri təyin edilməsindən sonra qurumun mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayev İTV-yə keçib.

O, şirkətin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi təyin olunub. İnterpress.az-a məsələni təsdiqləyən Teymur Abdullayev yaxın günlərdə bu barədə əlavə məlumatın veriləcəyini deyib. Qeyd edək ki, dekabrin 2-si işdən çıxarılmayanadək İTV-də bu vəzifəni Tahir Məmmədov icra edib.

Lakin Cəmil Quliyevin İTV-yə rəhbər seçilməsindən sonra faktiki olaraq onun səlahiyyətləri dondurulmuşdu , İTV-də bu vəzifəni dolayısı ilə Akif Cabbarov icra edirdi və ictimaiyyətlə əlaqələr şöbəsinə də məhz onun rəis təyin olunacağı gözlənilirdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA