Varşavadan 8 Azərbaycan vətəndaşı deportasiya olunub

img

18-03-2021 [13:49]


Polşanın paytaxtı Varşavadan 8 Azərbaycan vətəndaşı deportasiya olunub.

Məlumata görə, azərbaycanlıların deport olunmasına səbəb yerli miqrasiya qanunlarını pozmaq, yaşamaq izni ilə bağlı dövlət qurumlarına yanlış məlumat vermək olub.

Polşadan çıxarılan azərbaycanlılardan 5-i ümumiyyətlə ölkədə gizlin yaşayıblar.

Qeyd edək ki, son dövrlər bir sıra Avropa ölkələrindən deportasiya olunan azərbaycanlıların ölkədən çıxarılma səbəbi Avropa miqrasiya orqanlarına təqdim etdikləri saxta sənədlər olub. Bu, sənədlərin həqiqiliyi Azərbaycanın müvafiq dövlət orqanlarına verilən sorğu ilə araşdırılması zamanı ortaya çıxır./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA