Tbilisidə bir qrup azərbaycanlı aksiya keçirib - İki erməni də dəstək verib + FOTOLAR

img

18-03-2021 [12:59]


Tbilisidə bir qrup azərbaycanlı gəncin Gürcüstan parlamentinin arxa girişi qarşısında keçirdiyi “Mən diaspor deyiləm!!!” şüarlı aksiyası başa çatıb.

Aksiyanın qətnaməsi qanunverici orqana təqdim olunub.

Sənəddə qeyd olunub ki, parlamentdə milli azlıqlarla bağlı Elmi-Məsləhət Şurasının yaradılması müsbət qarşılanır, lakin onun qanunverici orqanın Diaspor və Qafqaz məsələləri üzrə Komitə nəzdində yaradılması düzgün deyil.

Aksiyaçılar şuranın parlamentin İnsan Hüquqları və Vətəndaş İnteqrasiyası Komitəsinin tərkibində yaradılmasını daha məntiqli hesab edirlər və bunu qanunverici orqana təklif ediblər.

Aksiyaya iki erməni gənc "Sayat Nova diaspordur?" şüarı ilə dəstək olub/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA