Ermənistan hökuməti: "Onik Qasparyan Baş Qərargah rəisi deyil"
18-03-2021 [11:58]
Ermənistan Nazirlər Kabineti general-polkovnik Onik Qasparyanın Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsində saxlanılmasına dair məhkəmə qərarına münasibət bildirib.
Nazirlər Kabineti bununla bağlı açıqlama yayıb.
Hökumətdən bildirilib ki, O.Qasparyan Baş Qərargah rəisi vəzifəsindən azad olunub.
“Nazirlər Kabineti Konstitusiyaya istinad edir və Əsas qanunun qüvvvədə olan müddəalarının tətbiq olunduğu hallarda qanunlara dəyişiklik edilə bilməz”, - açıqlamada vurğulanıb.
Qeyd edək ki, fevralın 24-də Ermənistanın baş naziri Nikol Paşinyanın təqdimatı əsasında ölkə prezidenti Armen Sarkisyan Silahlı Qüvvələrin Baş Qərargah rəisinin birinci müavini, general-leytenant Tiran Xaçatryanın vəzifəsindən azad olunması haqqında fərman imzalayıb. Buna səbəb onun baş nazir N.Paşinyanın İkinci Qarabağ müharibəsi dövründə ermənilərin Azərbaycan ərazilərinə atdıqları “İsgəndər” raketlərinin yalnız 10 faizinin partlaması ilə bağlı səsləndirdiyi fikirlərə lağ etməsi göstərilir. Belə ki, T.Xaçatryan jurnalistin “İskəndər” raketlərinin 10 faizinin partlaması mümkündürmü?” sualına əvvəlcə xeyli gülüb, sonra isə deyib: “Əlbəttə, mümkün deyil. Necə? "İskəndər"? Bir atəş? ... 10 faiz?... Bağışlayın, amma bu qeyri-ciddidir”.
Müdafiə Nazirliyi bundan bir neçə saat sonra geniş bəyanat yayaraq iddia edib ki, T.Xaçatryanın sözləri “təhrif olunub”.
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik O.Qasparyan müavinin işdən çıxarılmasına etiraz edib. Fevralın 25-də Baş Qərargah baş nazir N.Paşinyanın istefasını tələb edən bəyanat yayıb. Sənədi O.Qasparyan və 40-dan yüksək rütbəli hərbçi imzalayıb. Onlar arasında 19 general və ordu korpuslarının komandanları da olub.
Elə həmin gün N.Paşinyan O.Qasparyanın istefaya göndərilməsi ilə bağlı ölkə prezidenti Armen Sarkisyana təqdimat göndərib. Lakin dövlət başçısı təqdimatı etirazla birlikdə baş nazirə qaytarıb. N.Paşinyan geri çəkilməyib və Baş Qərargah rəisinin vəzifədən azad olunması üçün ikinci dəfə prezidentə təqdimatla müraciət edib. A.Sarkisyan bu dəfə də qərarı imzalamayıb və geri göndərib. Hökumət başçısı O.Qasparyanın işdən çıxarılması üçün üçüncü dəfə dövlət başçısına təqdimat verib. Prezident baş nazirin təqdimatını bu dəfə də imzalamayaraq Konstitusiya Məhkəməsinə müraciət edib.
Eyni zamanda, O.Qasparyan baş nazirin təqdimatı ilə bağlı İnzibati Məhkəməyə şikayət edib.
Martın 10-da isə Ermənistanın baş naziri Nikol Paşinyan general-leytenant Artak Davtyanın Silahlı Qüvvələrin Baş Qərargah rəisi təyin olunması təklifi ilə prezident Armen Sarkisyana müraciət edib. Amma dövlət başçısı təyinatla bağlı təqdimatı imzalamayıb.
Martın 18-də Ermənistanın İnzibati Məhkəməsi baş nazir Nikol Paşinyanın vəzifədən azad etdiyi Silahlı Qüvvələrin Baş Qərargahının rəisi general-polkovnik Onik Qasparyanla bağlı qərarını açıqlayıb. Qərara əsasən, O.Qasparyan Baş Qərargah rəisi kimi səlahiyyətlərinin icrasını davam etdirəcək/Report.
Müşavirin maşınından 45 min manat oğurlanıb
Konqoda mədən çökdü: ölənlər var
Qlobal böhran fonunda Azərbaycan yüksəlir - TƏHLİL
İlham Əliyev: "Bu, beynəlxalq nizamın əsaslarını sarsıdır"
Bakıda yarıçılpaq gəzən qadın xəstəxanaya yerləşdirilib
TRAMP İRANDA REJİM DƏYİŞİKLİYİ GÖZLƏYİR: "Bir saata məhv edə bilərik və onu yenidən 25 ilə qura bilməzlər"
Gəncədə kişi qətlə yetirildi - 17 yaşlı oğlu tutuldu
Bazar günü 62 mindən çox şagird üçün buraxılış imtahanı keçiriləcək
XIII Qlobal Bakı Forumu başlayıb - Prezident tədbirdə çıxış edir
Azərbaycan nefti 5 dollar bahalaşdı - Neftimiz 95 dollara satılır
İran Küveytdə PUA ilə zərbə endirib - Yaralılar var
10 gündə Tehranda 9 mindən çox hədəf vurulub
ABŞ-ın İrana hücumu: ilk 6 gün 11,3 milyard dollara başa gəlib
Çempionlar Liqası: 1/8 final mərhələsinin növbəti oyunları olub
İsrail Livanı yenə vurdu: 20 nəfər həlak olub
Sadettin Saran: "Hər sahədə zirvəyə can atırıq"
Tramp İranla savaşı "soyutmağa" çalışır? - "Orada demək olar ki, hər şeyi məhv etdik"
İran futbol üzrə 2026-cı il dünya çempionatında iştirak etməyəcək
Murat Kılıç: "Türkiyə Kuboku bizim üçün çox vacibdir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ, BİRGƏ BƏYANAT VERİLDİ - FOTOLAR (Yenilənib)
Könül Həmzəyeva tutulub
YENİ KOMİSSİYA YARADILDI - Azər Əliyev sədr, onlar üzvləri seçildi
Bakıda "özbək həkim” saxlanıldı
Türkiyə Quru Qoşunları komandanı Naxçıvana gəlib
Ramazanın 22-ci gününün duası: imsak və iftar vaxtı
Daha bir tiktoker həbs edildi
"İRANA HÜCUM NƏ QƏDƏR LAZIMDIRSA, O QƏDƏR DAVAM EDƏCƏK" - İsrail müdafiə naziri rejimin devrilməsini vacib sayır
“Qızlara ağ yaraşır” layihəsinin iştirakçıları “Azercell”in qonağı oldular - FOTOLAR
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
Bələdiyyələrlə bağlı daha bir qərar verildi
SEPAH ABŞ bazalarına yeni nəsil 2 tonluq raketlərlə zərbələr endirib
Avropa İttifaqı İranın Naxçıvana hücumunu pisləyib
"AAYDA SƏDRİNİN MÜAVİNLƏRİ VƏZİFƏDƏN ÇIXARILMAYIB" - Rəsmi açıqlama yayıldı (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
QHT işi: daha bir nəfərə hökm oxunub
Politoloq Azər Qasımlıya ağır cəza verildi
"Birləşmiş Sukanal" MMC ləğv olunub
Prezident İlham Əliyev Fərman imzalayıb
Türkiyə Kuboku: 1/4 final mərhələsinin püşkü atıldı