Qaqauziya Muxtariyyətinin başqan səfir Qüdsi Osmanovla görüşüb - FOTO

img

17-03-2021 [21:11]


Qaqauziya Muxtariyyətinin başqanı İrina xanım Vlah Azərbaycan Respublikasının Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov ilə görüşüb.

Mia.az xəbər verir ki, Başkan, Çadır-Lunqa şəhərində Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə inşa edilən Mədəniyyət-Təhsil Mərkəzindəki işin icra mərhələsi və istifadəyə verilməsi şərtləri barədə səfirə məlumat verib.

Mərkəzin açılışı 2021-ci ilin birinci yarısına planlaşdırılır. Qaqauziyanın rəhbəri Mədəniyyət-Təhsil Mərkəzinin Heydər Əliyev adına adlandırılması təşəbbüsü ilə çıxış edib.

Həmçinin görüş zamanı başqan və cənab Qüdsi Osmanov, Muxtariyyət rəhbərlərinin Azərbaycana gözlənilən səfərini və Qəbələ rayonu ilə əməkdaşlıq müqaviləsinin imzalanması planlarını da müzakirə ediblər.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA