ABŞ-dan Rusiyaya daha bir zərbə - Moskva silah ixracı-idxalı qadağan olunan ölkələrin siyahısına daxil edildi

img

17-03-2021 [18:36]


ABŞ Rusiyanı silah ixracı və idxalı qadağan olunan ölkələr siyahısına daxil edib.

Bu barədə ABŞ Dövlət Departamentinin saytında yerləşdirilən sənəddə bildirilib.

Sənədin martın 18-dən qüvvəyə minəcəyi bildirilib.

Sənədə görə, Rusiya Əfqanıstan, Mərkəzi Afrika Respublikası, Kipr, Konqo Demokratik Respublikası, Eritreya, İraq, Livan, Liviya, Somali, Cənubi Sudan və Zimbabve ilə eyni siyahıda yer alıb.

Kosmos sahəsində və kommersiya xarakterli kosmik buraxılışlar sahəsində dövlətlərarası əməkdaşlıq çərçivəsində sentyabrın 1-dək olan əməliyyatlar üçün istisnalar edilib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA