Rəsmi Ankara: "Yunanıstanla anlaşmadığımız bir çox məsələ var”

img

17-03-2021 [16:17]


“Egey dənizində Yunanıstanla anlaşmadığımız bir çox məsələ var”.

“Haberturk” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qazaxıstan baş nazirinin müavini və xarici işlər naziri Tileuberdi ilə martın 17-də keçirdiyi birgə mətbuat konfransında bildirib.

“Afinada keçirdiyimiz görüşdə bu məsələlər müzakirə olundu. Ona görə də bir görüşdə təbii ki, bir toplantıda bütün problemlərin həll ediləcəyini gözləmək mümkün deyil”, - Mövlud Çavuşoğlu deyib.

O, aprelin 14-də Yunanıstanın xarici işlər naziri Nikol Dendiasın Türkiyəyə səfər edəcəyini və XİN başçıları səviyyəsində bu məsələləri yenidən müzakirə edəcəklərini vurğulayıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA