Fransanın keçmiş prezidentinə qarşı yeni ittiham irəli sürülüb

img

17-03-2021 [15:41]


Fransanın keçmiş prezidenti Nikola Sarkozi 2012-ci ilin prezident seçkisi kampaniyası zamanı mənimsəmə və saxtakarlıq ittihamı üzrə mühakimə olunacaq.

Məlumatı “FRANCE 24” yayıb.

Bildirilib ki, o, aksiyalara və tərəfdarları ilə görüşlərə 24 milyon dollardan artıq maliyyə vəsaiti xərcləyib. Onda Sarkozinin seçki qərargahının əməkdaşları xərcləri ödəmək üçün saxta hesablarla maliyyə fırıldağına əl atıblar.

Keçmiş prezident baş verənlərdən xəbərsiz olduğunu bildirib.

İttihamlar təsdiqlənərsə Sarkozini daha bir il həbs və 4 500 ABŞ dolları məbləğində cərimə gözləyir.

Xatırladaq ki, 2007-2012-ci illərdə Fransa prezidenti olmuş Nikola Sarkozi korrupsiyada ittiham olunaraq 3 il müddətinə azadlıqdan məhrum edilib. Cəzanın 2 ili şərtidir. O, real həbs cəzası almış ilk Fransa prezidentidir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA