Çavuşoğlu: "Türkmənistan Türk Şurasında müşahidəçi olmaq istəyir"

img

17-03-2021 [14:55]


“Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov ölkəsinin Türk Şurasında müşahidəçi olmaq istədiyini bildirib. Arzumuz Türkmənistanın Türk Şurasına tam hüquqlu üzv olmasıdır”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Türk Şurasının adının dəyişdirilməsi də gündəmdədir. Biz bunu dəstəkləyirik. Martın 31-də Qazaxıstanın Türküstan şəhərində Türk Şurasının qeyri-rəsmi liderlər zirvəsi keçiriləcək. Bu ilin sonunda isə Şuranın rəsmi Zirvəsi Türkiyədə gerçəkləşəcək. Pandemiyaya görə ala bilmədiyimiz sədrlik Azərbaycandan bizə keçəcək”, - nazir bildirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA