Şəhid Həsən Həsənovun yeni doğulan övladı xəstəxanadan çıxarılıb - FOTOLAR
16-03-2021 [11:55]
Vətən müharibəsinin Şirvan şəhərindən olan cəsur döyüşçüsü, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Həsən Həsənovun 12 mart 2021-ci il tarixində ikinci oğul övladı dünyaya gəlib.
Mia.az xəbər verir ki, həm şəhidimizin şərəflə daşıdığı adını əbədiləşdirmək, həm də arzusunu həyata keçirmək məqsədilə körpəyə Həsəncamal adı verilib.
Martın 15-də doğum evindən yola salınan şəhidimizin ailəsini xəstəxana önündə "YAŞAT" Fondunun, Şirvan Şəhər İcra Hakimiyyətinin, Gənclər üçün Təhsil Mərkəzi Aran Regional ofisinin əməkdaşları, döyüş yoldaşları, yaxınları qarşılayıblar.
Mərasimdə öncə çıxış edən “YAŞAT” Fondunun əməkdaşı bildirib ki, şəhidimizin yeni doğulan övladının zəruri xərcləri Fond tərəfindən qarşılanıb. Bu məqsədlə 1000 AZN anaya təqdim olunub və dünyaya yeni göz açan körpənin adına 5000 AZN-lik hesab açılıb. Həmin məbləğin üzərinə mütəmadi olaraq faiz toplanılacaq və şəhidin övladı 16 yaşına çatdıqdan sonra toplanan məbləği özü hesabından çıxara biləcək.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun salamlarını və xoş arzularını şəhidin ailə üzvlərinə çatdıran Şirvan Şəhər İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Samirə İsmayılova qeyd edib ki, torpaqlarımızın azadlığı və Vətənimizin bütövlüyü uğrunda şəhid olanlar ən yüksək ehtirama layiqdir. Vətən müharibəsində şəhid olanların övladları bizə onların əmanətidir. Dövlət başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğı Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən davam etdirilir. Şəhidlərimiz daim ehtiramla yad edilir, onların ailələrinə mütəmadi baş çəkilir, mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir. Bütün şəhid övladları kimi yeni doğulan körpə qəhrəmanımız da daim qayğı ilə əhatə ediləcəkdir. Balaca Həsəncamalın müstəqil, azad, bütöv Azərbaycanda xoşbəxt və firavan böyüməsi üçün dövlət səviyyəsində bütün tədbirlər görülcəkdir.
Şəhid Həsən Həsənovun döyüş yoldaşları çıxış edərək, Həsənin qanının yerdə qalmadığını, onun və bütün şəhidlərimizin qisasının alındığını, Şanlı Qələbədə onların payı olduğunu vurğulayıblar. Həsənlə qürur duyduqlarını, onun hər iki oğlunun atalarının adına layiq olmasını, mərd, cəsur böyümələrini arzulayıblar.
Şəhid Həsən Həsənovun anası Məryam Həsənova və həyat yoldaşı Qəriyyə Həsənova onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevaya və Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Sonra şəhidin övladına və xanımına hədiyyələr təqdim olunub.
Qeyd edək ki, Həsən Rəhim oğlu Həsənov 1990-cı ilin oktyabr ayının 1-də Şirvan şəhərində anadan olub. 2008-ci ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılıb, 2010-cu ildə hərbi xidmətdən tərxis olunub. 2017-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin N saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmət etməyə başlayıb. 2020-ci ilin sentyabrın 27-də başlanan II Qarabağ müharibəsində Hadrut, Füzuli rayonu istiqamətində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə əsl qəhrəmanlıq nümayiş etdirib. Vətənini ən şirin nemət olan canından çox sevən Həsən Həsənov 3 oktyabr 2020-ci il tarixində böyük bir izdihamla Şirvan şəhər Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Ordusunun çavuşu, Şirvan şəhərinin Vətən müharibəsində ikinci şəhidi Həsən Rəhim oğlu Həsənov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkının yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi