“Azadlıq”ın bank hesabına qoyulan həbs götürüldü

img

26-12-2013 [15:15]


"Azadlıq” qəzetinin bank hesabına qoyulan həbs götürülüb. Bunu qəzetin baş redaktorunun birinci müavini Rahim Hacıyev "Azadlıq" radiosuna açıqlamasında deyib.

O bildirib ki, qəzetin üstündəki 65 min manat məhkəmə cəriməsi tam ödənib: "Bank hesabımız bu günlərdə açılıb. Gələn həftənin əvvəlində bu məsələ ilə bağlı geniş açıqlama verəcəyik”.

Rahim Hacıyev borcun nəyin hesabına ödənilməsi ilə bağlı açıqlama verməyib.

Lakin bildirib ki, qəzetin "Azərbaycan” nəşriyyatına müəyyən miqdarda borcu hələ də qalır. "Qasid” yayım firmasının qəzetə olan borcu isə 60 mini keçib.

Rahim Hacıyev əlavə edib ki, redaksiya Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yardımını almaq üçün quruma müraciət edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA