"Azercell" "Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyalarının tətbiqinə hazırdır
16-03-2021 [10:39]
Azərbaycan Prezidenti İlham Əliyevin verdiyi tapşırığa əsasən azad edilmiş ərazilərdə qurulacaq şəhərlər və kəndlər "Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyasına əsaslanmalı, dünyanın ən qabaqcıl texnologiyaları orada tətbiq olunmalıdır.
“Azercell Telekom”dan Mia.az-a verilən məlumata görə, bu konsepsiya ilə bağlı “Ağıllı şəhər" və "Ağıllı kənd" layihələrində müxtəlif həllərdə istifadə ediləcək qurğuların internet bağlantılarının təmin olunması üçün lazım olan şəbəkə infrastrukturunu ilk olaraq sınaqlar həyata keçirərək hazır vəziyyətə gətirən “Azercell” şirkəti oldu.
Yeni texnologiyaların tətbiqi ilə istifadəçilərinin həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağı hədəfləyən “Azercell Telekom” “Ağıllı şəhər” və "Ağıllı kənd" layihələrində iştirakı ilə də bu məqsədə xidmət edəcək.
Qeyd olunan konsepsiyanın infrastrukturu yüksək texnologiyalar əsasında qurulur və bu layihələrdəki xidmətlərin çalışmasında istifadə edilən qurğuların bir qismi Azercell-in hal-hazırkı 2G/3G/LTE şəbəkəsi üzərindən fəaliyyət göstərə bilər, lakin bəzi həllərdə az enerji tələbatı olan (məsələn, kiçik batareyalarla çalışan) xüsusi sensor və qurğuların (məsələn, su/qaz sayğacı, kənd təsərrüfatında istifadə edilən sensorlar və s.) istifadəsi ilə rəqəmsal məlumatların mərkəzi sistemə ötürülməsi lazım gəlir. Mobil operatorlar bu tipli sensor və qurğuları dəstəkləmək üçün LTE şəbəkəsində “az enerji tələbatlı şəbəkə” funksiyasını (NB-IoT – Narrow-Band Internet of Things) təklif edir. “Azercell Telekom” da bu imkanı şəbəkəsinə tətbiq edərək lazımi sınaq testlərini keçirərək, abunəçilərinə xidmət və əməkdaşlığa hazır vəziyyətə gətirmişdir.
Bu qurğulara dünyada geniş tətbiq edilən aşağıdakı cihazları misal çəkmək olar:
- Qapı sensorları - bəzən maqnit sensorlar və ya giriş sensorları olaraq da adlandırılır. Bu sensorlar izləmə sistemlərində bir qapının açıq olub-olmadığını bildirən və ya təhlükəsizlik sistemlərini daha da təkmilləşdirilməsində və yüksək keyfiyyətinin təmin olunmasında əhəmiyyətli rol oynayan cihazlardır.
- Su və ya yanacaq səviyyəsini ölçən sensorlar - açıq və ya yeraltı rezervuarlar üçün xüsusilə uyğundur. Çənin üst hissəsi ilə su və ya yanacaq səviyyəsi arasındakı maye səviyyəsini ölçməyə imkan verir.
- Qaz sensoru - az enerji sərfiyyatı tələb edən qaz sensorları qaz aşkarlama sistemi, sızıntını aşkar etmək və istifadəçini sızıntının qarşısını almaq üçün xəbərdar etmək üçün istifadə olunur.
- Dayanacaq yerlərini, ayrılmış yerlərin doluluğuna nəzarət etməyə imkan verən “ağıllı” park sensoru.
- “Ağıllı” izləyici sensor - IoT-a əsaslanan texnoloji həllər vasitəsilə malların və istehsal aktivlərinin izlənməsi, xərclərin azalması və qənaət baxımından şirkətlər üçün çox əlverişlidir.
- Yalnız dolmuş tullantı qutularının toplanmasına və nəticədə real vaxt monitorinqi və daha əlverişli marşrut planlamağa şərait yaradan "ağıllı" tullantı qutuları sensoru.
“Ağıllı şəhər” və "Ağıllı kənd"də enerji resurslarından daha səmərəli istifadə olunduğundan proseslərin ətraf mühitə və insan sağlamlığına verdiyi mənfi təsir minimuma endirilir. Bu sistemlərin əsas ideyası inzibati ərazilərin bütün mümkün xidmət və obyektlərini vahid kompüterləşdirilmiş sistemdə birləşdirib idarə etməkdir. Müxtəlif elektron və rəqəmsal metodlardan, sensorlardan istifadə olunaraq toplanılmış məlumatlardan istifadə edərək aktivlərin və resursların səmərəli istifadəsi təşkil olunur.
“Ağıllı şəhər” və "Ağıllı kənd" konsepsiyası özünün müxtəlif üstünlükləri və müsbət cəhətləri sayəsində gələcəkdə sözsüz ki, meqapolislərin, habelə orta və kiçik şəhərlərin ayrılmaz hissəsinə çevriləcəkdir. “Ağıllı” sistemlərin tətbiqi ekologiya mühitinin yaxşılaşdırması, vaxta qənaət, təhlükəsizlik xərclərin azalması, ümumiyyətlə şəhərin daha effektiv fəaliyyəti, kənd təsərrüfatının ən müasir texnologiyalar əsasında inkişafı, yüksək məhsuldarlıq deməkdir.
Azercell gələcək texnologiyalar dünyasında istifadəçilərinin bələdçisi olaraq müasir zamanda IoT (Əşyaların İnterneti) tərəfindən təqdim olunan məhdudiyyətsiz imkanlar və telekommunikasiya texnologiyaları vasitəsilə onlara daha rahat, “ağıllı” mühitdə işləmək və yaşamaq imkanı açır.
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkının yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi